“Multikulturalizm Azərbaycanda
həyat tərzidir”
Qusarda azsaylı xalqların folklor kollektivləri və
ifaçıları çıxış ediblər
Dekabrın 5-də Qusarda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı regional
festival keçirilib. Festivalda şimal
regionunda fəaliyyət
göstərən müxtəlif
azsaylı xalqlara məxsus folklor kollektivləri və ifaçılar çıxış
ediblər.
Rayon Mədəniyyət Sarayında təşkil edilən xalq yaradıcılığı nümunələrinin
sərgisi və folklor kollektivlərinin çıxışı iştirakçılar
tərəfindən maraqla
qarşılanıb.
Festivalın əsas məqsədi ölkəmizdəki zəngin
mədəni irsin, multikulturalizm ənənələrinin
təbliği, bölgələrin
mədəni imkanlarının
nümayişi, eləcə
də rayonlararası mübadiləni gücləndirməkdir.
Tədbirdə çıxış edənlər
multikulturalizmin Azərbaycanda
əsrlərdən bəri
formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən
kənara çıxmayan
dəyərlər məcmusu
olduğunu qeyd ediblər.
Bildirilib ki, Azərbaycanda, eləcə də şimal rayonlarında müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər. Multikultural dəyərlər, ənənələr qorunub saxlanılır.
Festivalda, ümumilikdə,
20-yə yaxın müxtəlif azsaylı xalqa
məxsus folklor kollektivləri və
ifaçılar çıxış edib.
Mədəniyyət.-2019.- 6 dekabr.-
S.5.