Beynəlxalq Əlillər Günü münasibətilə

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib.

Tədbirin aparıcısı Lalə Əlimuxtarova bu günün tarixindən danışıb. Əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı göstərməyin vacibliyi qeyd olunub. Vurğulanıb ki, bu yöndə müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqətdə saxlanılır.

Sonra əməkdar artistlər Elza Seyidcahan və Səbinə İlyasova, müğənnilər Aynur Dadaşova, Dana Durdana, Roza Zərgərli, Tərlan Novxanı, Tuncay, Orxan Əlizadə və rəqqasə Fatimənin iştirakı ilə konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.-2019.- 6 dekabr.- S.7.