İmadəddin Nəsiminin leksikası oğuz dilləri kontekstində
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədovun “İmadəddin Nəsiminin leksikası oğuz dilləri kontekstində” adlı monoqrafiyası çapdan çıxıb.
Dilçilik İnstitutu Elmi şurasının qərarı ilə nəşr olunan monoqrafiya “Nəsimi ili”nə töhfədir.
Kitabın “Giriş” hissəsində türkologiyada Nəsiminin əsərlərinin dilini araşdıran tədqiqatçıların əsərləri xronoloji ardıcıllıqla təhlil edilib. Müəyyən olunub ki, şairin dili daha çox azərbaycanlı alimlər tərəfindən tədqiq edilib. Digər türkdilli respublikalarda daha çox şairin əsərlərinin nəşri diqqətdə saxlanıb.
Monoqrafiyanın əsas hissəsini Nəsiminin dilində işlənmiş türkmənşəli ümumi isimlərin və feillərin oğuz qrupu türk dillərinin materialları ilə müqayisəli təhlili təşkil edir.
Kitabın elmi
redaktoru filologiya elmləri
doktoru, professor Sevil Mehdiyeva, rəyçilər
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər
üzrə direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli və Bakı Dövlət
Universitetinin Türkologiya
kafedrasının dosenti, filologiya
üzrə fəlsəfə doktoru
Qızılgül Abdullayevadır.
Mədəniyyət.-2019.- 6 dekabr.-
S.6.