“Həqq söylərəm” tamaşası
təqdim olunub
Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Həqq söylərəm” tamaşasının nümayişi olub.
Cəlilabad Mədəniyyət Mərkəzinin
Xalq teatrının kollektivi
tərəfindən hazırlanan tamaşa
Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz
qoymuş mütəfəkkir şair Nəsiminin həyatı,
yaradıcılığı və ictimai
fəaliyyətinə həsr olunub.
Mədəniyyət.-2019.- 6 dekabr.-
S.5.