BXA-nın tələbəsinin Özbəkistanda
ustad dərsi
Bakı Xoreoqrafiya Akademiyası İncəsənət fakültəsinin tələbəsi Ruslan Hacıyev Özbəkistan Xoreoqrafiya Akademiyasında tələbələr üçün Azərbaycan milli rəqsindən ustad dərsi keçib.
Özbək tələbələrin böyük marağına səbəb olan dərs zamanı Azərbaycan milli rəqs elementləri, xalq rəqslərinin tarixi, eləcə də bu sahədə Bakı Xoreoqrafiya Akademiyasının nailiyyətləri barədə məlumat verilib.
Ustad dərsinin nəticəsi
olaraq tələbələrlə Azərbaycan
yallısı hazırlanıb və nümayiş
olunub. Dərsin peşəkar səviyyədə
keçirilməsinə görə Ruslan
Hacıyevə Özbəkistan Xoreoqrafiya Akademiyasının
rektoru tərəfindən təşəkkürnamə
təqdim olunub.
Mədəniyyət.-2019.- 6 dekabr.-
S.4.