“Transsibir”
festivalı Qara Qarayevin musiqisi ilə başlayacaq
Fransanın Lill şəhərində
dekabrın 12-dən 14-dək keçiriləcək 6-cı “Transsibir”
incəsənət festivalının
(Trans-Siberian Art Festival) açılış
mərasimində Qara Qarayevin “Yeddi gözəl” baletindən
“Vals” səsləndiriləcək.
Festivalın direktorları tanınmış
skripkaçı Vadim
Repin və dirijor Jan Klod Kasadesusdur.
2014-cü ildə Novosibirsk şəhərində skripkaçı
Vadim Repin tərəfindən təsis
edilmiş festival gənclərdən
ibarət orkestrlərin
təşviqi məqsədilə
yaradılıb. Sonradan ABŞ-da, Yaponiyada, Cənubi Koreyada keçirilmiş festival bu
dəfə Fransanın
Lill şəhərində
təşkil ediləcək.
Məqsədi gənc musiqiçilər
arasında körpü
qurmaq, görüşlər
keçirmək, paylaşmaq
və gəncləri təşviq etmək olan festivalda azərbaycanlı bəstəkarın
da musiqisi ifa olunacaq.
Festivalın açılışında dahi
bəstəkar Qara Qarayevin musiqisinin səsləndirilməsi səfirliyimizlə
əməkdaşlığın bəhrəsidir.
Xatırladaq ki, Heydər
Əliyev Fondunun və Mədəniyyət
Nazirliyinin birgə dəstəyi ilə Qara Qarayevin anadan olmasının 100 illiyi
münasibətilə Fransada film çəkilib. Filmdə Xalq
artisti, beynəlxalq müsabiqələr
laureatı, pianoçu Murad
Hüseynov nüfuzlu
“Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə
bəstəkarın sonatasını və 24 prelüdünü
səsləndirib. Film Fransanın bir çox kanallarında
dəfələrlə nümayiş olunub və klassik musiqini sevənlər tərəfindən rəğbətlə
qarşılanıb. “Mezzo” klassik musiqi kanalında film vaxtaşırı yayımlanır ki, bu da
azərbaycanlı bəstəkarın musiqisinə olan sevgini əks etdirir.
Mədəniyyət.- 2019.- 11
dekabr.- S.1;5.