Bakı Bələdiyyə Teatrı cəbhəyanı
bölgələrdə
Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Bələdiyyə Teatrının kollektivi cəbhəyanı bölgələrə səfər edib.
Xalq artisti Amaliya Pənahovanın 1992-ci ildə yaratdığı və ömrünün sonunadək rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının ətrafına topladığı görkəmli səhnə ustaları Sofiya Bəsirzadə, Mirvari Novruzova, Muxtar Avşarov, Məhluqə Sadıqova və başqaları Qarabağ müharibəsinin ən qızğın vaxtlarında, eləcə də atəşkəs dövründə cəbhə bölgələrində çoxsaylı görüşlərin iştirakçısı olublar. Bakı Bələdiyyə Teatrı öz ənənələrini bu gün Aynur Muxtarovanın rəhbərliyi altında davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sənət ocağının kollektivi Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş “Çingiz dastanı” adlı ikihissəli mənzum tamaşa ilə cəbhəyanı bölgələrdə çıxış edib.
Tamaşanın müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbanidir.
Səhnə əsəri Beyləqan
Mədəniyyət Mərkəzində, eləcə də Horadiz şəhərindəki Heydər
Əliyev Mərkəzində, Füzuli və
Cəbrayıl rayonları istiqamətlərində Vətən
torpaqlarının keşiyini çəkən
əsgər və zabitlərimiz qarşısında nümayiş olunub. Baş rolun
ifaçısı İlqar Musayev, əməkdar artistlər Səmayə
Sadıxova, Əfqan Soltanov, Aydın
Əliyev, Hüsniyyə Mürvətova və
başqalarının çıxışları
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2019.- 11
dekabr.- S.3.