Qüdsdə solo konsert

 

 

 

Azərbaycan Milli Konservatoriyasının 3-cü kurs tələbəsi, 6-cı Muğam televiziya müsabiqəsinin qalibi Almaxanım Əhmədli Qüdsdə solo konsert verib.

Qüds Milli Konservatoriyasının dəvəti ilə reallaşan konsertdə xanəndəni gənc tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə “Muğamqrupu müşayiət edib. Xanəndənin oxuduğu muğam, təsnif və xalq mahnıları, Təbriz Yusifov (kamança), Aysu Sadıqova (kanon) və Elnur Əliyevin (nağara) ifası alqışlarla qarşılanıb.

Almaxanım Əhmədli və “Muğamqrupu Qüds Milli Konservatoriyasının fəxri fərmanı ilə təltif olunub.

 

Mədəniyyət.- 2019.- 11 dekabr.- S.2.