Nəsimi ruhuna ehtiram, təbiətə sevgi
və qayğı
Xəbər verildiyi kimi, dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük söz ustadı, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə ərazisində bir gündə 650 min ağacın əkilməsi aksiyası keçirilib.
Aksiyada paytaxt Bakının mədəniyyət müəssisələri ilə yanaşı, regional mədəniyyət idarələri də yaxından iştirak ediblər. Mədəniyyət işçilərinin, muzey, kitabxana, musiqi məktəbləri, teatr və konsert müəssisələri kollektivlərinin qatıldığı ekoloji aksiya hər kəs tərəfindən qiymətli təşəbbüs kimi dəyərləndirilib. Ölkənin mədəniyyət işçiləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayaraq onun həyata keçməsinə öz töhfələrini veriblər.
Mədəniyyət Nazirliyinin regional idarələrinin təşkilatçılığı ilə mədəniyyət ocaqlarının kollektivləri ağac əkini mərasimində rəngarəng mədəni proqram təqdim edərək bu nəcib təşəbbüsü daha da yaddaqalan ediblər.
Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü
ölkəmizdə aparılan genişmiqyaslı
yaşıllaşdırma tədbiri olmaqla
yanaşı, vətənimizin abadlığına və estetik gözəlliyinə də xidmət edir. Dahi şair
İmadəddin Nəsimi poeziyası insanları
paklığa, mənəvi kamilliyə səslədiyi kimi, kütləvi yaşıllaşdırma
aksiyası da təbiətin
saflaşmasına, təbiətə sevgi
və qayğı, ekoloji
tarazlığın qorunmasına töhfədir.
Mədəniyyət.- 2019.- 11
dekabr.- S.4.