Balacaların “Nəsimi ili”nə töhfəsi
Dekabrın 7-də R.Behbudov adına
Dövlət Mahnı
Teatrında Nərimanov
Rayon İcra Hakimiyyətinin
təşəbbüsü, “Buta” körpələr evi-uşaq bağçasının
təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə körpələr evi-uşaq
bağçasının rəhbəri
Günay Ağamalı,
rayon İcra Hakimiyyəti
başçısının müavini İradə Mahmudova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva çıxış ediblər.
Çıxışlarda “Nəsimi ili”
çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilən
silsilə tədbirlərin
əhəmiyyəti vurğulanıb.
Sonra uşaqlar
Nəsiminin dövrünü və
yaradıcılığını əks etdirən kompozisiya göstərib, şairin
şeirlərini Azərbaycan, ingilis və
rus dillərində səsləndiriblər.
Sonda iştirakçılara “Buta” körpələr evi-uşaq
bağçası tərəfindən diplomlar
verilib.
Mədəniyyət.- 2019.- 11
dekabr.- S.4.