Mədəniyyət Nazirliyinin kollektivi ümummilli liderin məzarını ziyarət edib

  

Müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin xatirəsi vəfatının 16-cı ildönümündə cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən insanlar, geniş ictimaiyyət, sıravi vətəndaşlar tərəfindən ehtiramla yad edildi.

Ölkəmizin mədəniyyət ictimaiyyəti də Azərbaycana rəhbərliyinin hər iki mərhələsində mədəni irsimizin həqiqi himayədarı olmuş Heydər Əliyevin tarixi xidmətlərini, mədəniyyət və incəsənətimizə göstərdiyi diqqət və qayğını sonsuz minnətdarlıq duyğusu ilə xatırlayır.

Dekabrın 12-də Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət etdilər. Nazirliyin əməkdaşları ümummilli liderin məzarı önünə tər çiçək dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildirdilər.

Anım mərasimində Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edirdilər.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.2.