Mədəniyyət müəssisələrində
anım tədbirləri
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasında tədbir keçirilib.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyət istiqamətlərini əks etdirən videoçarx nümayiş olunub. Qeyd olunub ki, Heydər Əliyev siyasəti, onun irsi, dövlətçilik fəaliyyəti bu gün Azərbaycanın uğurlarının əsasıdır.
Sonda ulu öndərin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən kitab sərgisinə baxış keçirilib.
***
Böyük dövlət xadimi Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə anım tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Heydər Əliyev – Azərbaycan xalqının lideri” mövzusunda çıxış edib.
Sonra şair-dramaturq İftixar Piriyevin ümummilli liderin həyatından, ölkəmizin inkişafı naminə gördüyü misilsiz işlərdən bəhs edən “Müstəqil Vətənin memarı” poeması əsasında hazırlanmış sənədli-bədii televiziya filmi nümayiş olunub.
***
Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanası (MKS) Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin iştirakı ilə rayondakı Heydər Əliyev Mərkəzində “Əbədiyaşar lider” adlı tədbir keçirib.
MKS-nin böyük metodisti İradə Hüseynova və gimnaziyanın müəllimi Xanım Dadaşova çıxış edərək Heydər Əliyevin tarixi xidmətlərindən, uşaqlara diqqət və qayğısından danışıblar. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar oxuyublar.
***
Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə mədəniyyət müəssisələrində ulu öndərin anım günü ilə bağlı tədbirlər keçirilib.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanasının təşəbbüsü ilə dəyirmi masa təşkil edilib. Şəhər Mədəniyyət evində keçirilən tədbirdə lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzələr dinlənilib.
Q.Qarayev və F.Əmirov adına musiqi
məktəblərində, Ə.Bakıxanov, S.Rüstəmov,
Bülbül adına incəsənət
məktəblərində ulu öndərin
həyatı və fəaliyyəti haqqında məlumat verilib, şagirdlərin ifasında şeirlər
dinlənilib, rəsm sərgisi nümayiş
olunub.
Mədəniyyət.- 2019.- 13 dekabr.-
S.2.