“Bölgə” teatr truppası fəaliyyətini genişləndirir

 

 Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Kürdəmir rayonunda “Bölgə” teatr truppasının gənc mədəniyyət işçiləri ilə növbəti regional görüşünü təşkil edib.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə Kürdəmir və ətraf rayonlarda fəaliyyət göstərən 100-dən çox gənc mədəniyyət işçisi iştirak edib.

Görüşdə Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Xəyyam Məlikov, Beyləqan Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının bədii rəhbəri Rəqsanə Babayeva çıxış ediblər.

Sonra “Bölgə” teatr truppasının 2016-cı ilin Aprel döyüşlərinə həsr olunmuş “Məzuniyyət” adlı tamaşası nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.3.