Heydər Əliyev və Azərbaycan musiqisi
Ulu öndərin musiqi mədəniyyətimizə qayğısından
söz açıldı
Dekabrın 11-də Azərbaycan Bəstəkarlar
İttifaqında ulu öndərin vəfatının
16-cı ildönümü münasibətilə “Heydər
Əliyev və Azərbaycan Bəstəkarlar
İttifaqı” mövzusunda
konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan ittifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında
əvəzsiz xidmətlərindən,
Azərbaycan bəstəkarlarına
göstərdiyi diqqət
və qayğıdan danışdı. Bildirdi ki, Heydər
Əliyev ölkəmizə
rəhbərlik etdiyi bütün dövrlərdə
bəstəkar və musiqişünaslara qayğı
ilə yanaşıb.
Sovet dövründə nüfuzlu
teatrların səhnələrində,
əzəmətli konsert
salonlarında Azərbaycanın
görkəmli bəstəkarlarının
səhnə əsərlərinin
tamaşaya qoyulması,
musiqilərinin səsləndirilməsi
bilavasitə Heydər
Əliyevin dəstəyi
ilə həyata keçirilirdi.
Onun uzaqgörənliyi,
millətinə sonsuz məhəbbəti sayəsində
Azərbaycan musiqisi təkcə SSRİ-də
deyil, dünyada tanındı. Neçə-neçə
bəstəkarımız SSRİ Xalq artisti adına layiq görüldü. İttifaqın ən yüksək orden və medalları
ilə təltif olundular. Üç böyük bəstəkarımız
– Qara Qarayev, Niyazi və Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görüldülər.
Qeyd olundu ki, dünyasını
dəyişən görkəmli
bəstəkarların xatirələrinin
əbədiləşdirilməsi üçün ev-muzeylərinin
yaradılması, yubileylərinin
təntənəli şəkildə
qeyd edilməsi, respublikamızın iri şəhərlərində onların
adına küçə, məktəb,
mədəniyyət ocaqları,
musiqi kollektivlərinin
verilməsi dahi şəxsiyyətin adı
ilə bağlıdır.
İttifaqın katibi, Əməkdar
incəsənət xadimi,
professor Zemfira Qafarova 1975-ci ildə Üzeyir Hacıbəylinin
ev-muzeyinin açılışı
ilə bağlı xatirələrini bölüşdü.
Ümummilli liderin Azərbaycan professional musiqisinin
banisinin yaradıcılığına
həsr etdiyi dərin məzmunlu çıxışını hələ də unutmadığını dedi.
Qeyd etdi ki, Heydər Əliyev bəstəkarlarla
görüşündə simfonik musiqi janrlarının əhəmiyyətindən
söz açarkən
demişdi: “Simfonik musiqi sahəsində müvəffəqiyyətlər daha çoxdur. Lakin istərdik ki, bu müvəffəqiyyətlər
əsasında siz daha yüksəklərə
qalxasınız, proqramlı
musiqi əsərlərini
daha çox yazasınız. Bir çox
bəstəkarlarımız simfoniya yaradıcılığında
doğru yoldadır, təcrübə, vərdiş
qazanmışlar və
əminik ki, bizə yeni kamil əsərlər verəcəklər”.
Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrə
elmlər doktoru,
professor Cəmilə Həsənova,
Əməkdar incəsənət
xadimi, professor Həcər
Babayeva ulu öndərin görkəmli
mədəniyyət və
incəsənət xadimləri
ilə dostluğundan,
sənətə verdiyi
qiymətdən danışdılar.
Eyni zamanda Azərbaycan bəstəkarlarının Heydər
Əliyevə həsr
etdikləri bir-birindən
dəyərli əsərlərdən
söz açıldı.
Bildirildi ki, bu əsərlər arasında Cövdət Hacıyevin 8 saylı simfoniyası, Arif Məlikovun “Əbədiyyət”
adlı simfoniyası,
Vasif Adıgözəlovun
“Azərbaycan” kantatası,
Ramiz Mirişlinin “Məşəl kimi yanan ürək” odası, Sərdar Fərəcovun “Böyük
vətəndaş haqqında
oda”sı, Vasif Allahverdiyevin “Ömür yolu” simfonik poeması və digər əsərlər
yüksək ideya-sənətkarlıq
məziyyətləri ilə
seçilir.
Çıxışlardan
sonra bəstəkarlar Lalə Cəfərova, Rüfət
Ramazanov, İlahə İsrafilova və Azad Zahidin “Əbədiyaşar Heydər”,
“Əsrin dahisi”, “Sən dahisən” və “İlhamlı
günləri Azərbaycanın” adlı musiqi nömrələri
səsləndi.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.-13
dekabr.- S.1;3.