Şəxsiyyət və zaman
Xalq yazıçısı Elmira Axundovanın rus dilində nəşr olunan “Heydər Əliyev. Şəxsiyyət və zaman” (“Ãåéäàð Àëèåâ. Ëè÷íîñòü è ýïîõà”) üçcildlik roman-tədqiqatının təqdimat mərasimi dekabrın 11-də Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə çıxış edən kitabın müəllifi Elmira Axundova bu layihənin həyata keçirilməsinə 2003-cü ildə Heydər Əliyevin öz xeyir-duası ilə başladığını, 2013-cü ildə isə başa çatdırdığını bildirib. O deyib ki, layihə əvvəlcə üçcildlik formatda nəzərdə tutulmuşdu, lakin sonradan altıcildlik roman-tədqiqata çevrildi. Bu illər ərzində əsər bir neçə ölkədə, ingilis, macar, türk, tacik, rus dillərində işıq üzü gördü. Bu, ikinci nəşrdir. Əsər Ukrayna və gürcü dillərinə də tərcümə olunub və çapa hazırlanır. Roman-tədqiqat arxiv sənədləri və rəsmi sənədlər, ümummilli liderin dostları, doğmaları və məsləkdaşları ilə yüzlərlə söhbətin lent yazıları əsasında qələmə alınıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, təqdim olunan kitab görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş ən mükəmməl bioqrafik roman-epopeyadır. Bu roman-epopeyanın ümumiləşdirilmiş, ixtisar olunmuş, əslində yenidən işlənmiş variantı olan üçcildlik o qədər yaradıcı düşüncə əsasında hazırlanıb ki, kitabda nəyinsə ixtisar olunmasını hiss etmək mümkün deyil.
Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, üçcildlik ümummilli lider Heydər Əliyev haqqında Moskvada nəşr edilmiş ilk böyük əsərdir. Üçcildliyin ərsəyə gəlməsində yaxından dəstək olan xaricdə yaşayan həmvətənimiz, Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədri Akif Qilalov vurğulayıb ki, bu, çox sanballı əsərdir, onu diqqətlə oxumaq və təsirini Azərbaycanın hüdudlarından uzaqlarda da hiss etdiyimiz böyük şəxsiyyətlə təmasda olmaq lazımdır.
Qeyd edək ki,
üçcildliyin birinci
kitabı (“Hakimiyyət yükü
altında” – “Ïîä áðåìåíåì âëàñòè”) ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətinin erkən
dönəmləri haqqında məxsusi və geniş
auditoriyaya az məlum olan faktlarla zəngindir. İkinci kitab (“Kreml beşilliyi” – “Êðåìëåâñêàÿ
ïÿòèëåòêà” ) Sov.İKP MK üzvü,
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin
Kremldə işlədiyi beş ili əhatə edir. Üçüncü cilddə
(“Qayıdış” – “Âîçâðàùåíèå”) ulu
öndər Heydər Əliyevin 1990-cı ildə Vətənə,
üç ildən sonra
isə siyasi olimpə
qayıdışından bəhs edilir.
Mədəniyyət.- 2019.- 13 dekabr.-
S.5.