Mişel Fukonun “Sözlər və nəsnələr”i Azərbaycan dilində

 

  Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin orijinaldan tərcümə etdiyi Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür edib.

Professor Qorxmaz Quliyev kitabın tərcüməsindən, Mişel Fukoya müraciət etməsinin səbəblərindən danışıb. Bildirib ki, XX-XXI əsrlərin humanitar fikir tarixində böyük yeri olan Mişel Fuko insanı düşünməyə vadar edən mütəfəkkirlərdəndir və yeni ideyaların mənbəyi kimi çıxış edir. Fransız filosof oxucunun intellektual və emosional təşəkkülünə təsir göstərərək insanın mahiyyətini üzə çıxarmağa qabildir.

Tənqidçi, tərcüməçi Cavanşir Yusifli, ədəbiyyatşünas, professor Bədirxan Əhmədov kitabın ədəbi-elmi ictimaiyyət üçün dəyərini vurğulayıblar.

Kafedranın professoru Asif Hacıyev dünya fəlsəfi-filoloji fikrinin klassik əsərlərinin Azərbaycan dilinə tərcüməsində müşahidə olunan qüsurlar haqqında danışıb. O, belə əsərlərin orijinaldan tərcüməsinin vacibliyini diqqətə çatdıraraq Qorxmaz Quliyevə təşəkkür edib.

 

Mədəniyyət.- 2019.- 13 dekabr.- S.6.