“Çölçü”
filminin yeni uğuru
“Near Nazareth Festival 2019”un (İsrail) beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti rejissor Şamil Əliyevin “Çölçü” filmini “Ən yaxşı bədii film” mükafatının qalibi elan edib. Mükafatı təsdiq edən sertifikat filmin quruluşçu rejissoruna təqdim olunub.
Festival 2-5 dekabr tarixində keçirilib. “Çölçü” filmi dekabrın 3-də İsrailin Afula şəhərində tamaşaçılara təqdim olunub.
2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Çölçü” indiyədək 50-dən artıq festivalda iştirak edərək 30-dan çox mükafata layiq görülüb.
Filmin ssenari
müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq
Nəsirov və İbrahim Aminovdur.
Rolları Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Salome Demuriya, Cavidan Məmmədov
və başqaları oynayıb.
Mədəniyyət.- 2019.- 13
dekabr.- S.8.