Gələcəyin ulduzlarıfestivalının yekun konserti

 

 

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində “Future Stars 2019” XII Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti keçirilib.

Festival Bülbül adına Orta İxtisas Musiqi Məktəbi Gürcüstan İncəsənət Xadimləri Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev təşkilatçı Nino Kupatadze çıxış edərək sənət yarışmasının artıq 4-cü dəfə Bakıda keçirilməsindən məmnunluqlarını ifadə ediblər festival nəticəsində hər il neçə-neçə istedadın üzə çıxdığını vurğulayıblar. Bildirilib ki, “Gələcəyin ulduzlarılayihəsində uğur qazanan şagirdlər ölkələrini müxtəlif klassik musiqi festivallarında da layiqincə təmsil edirlər.

Diqqətə çatdırılıb ki, festival günlərində Gürcüstan konservatoriyasının professoru, Xalq artisti Nino Kutatadze (fortepiano), ifaçılar Anar Məmmədov (klarnet), Anar Yusifov (violin) Elena Cancaliya (vokal) tərəfindən ustad dərsləri keçirilib.

Daha sonra tədbir qaliblərin mükafatlandırılması və konsert proqramı ilə davam edib.

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.3.