Vətən yanğılı misralar müəllifi

 

 

...Seçilməz laləzardan,

mən əsgərəm əlimdən

O bayrağı vermərəm,

öz canımı verərəm,

Qarabağı vermərəm!

Vətən yanğılı bu misraların və neçə-neçə dillər əzbəri olan şeirlərin müəllifi görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayram XX əsr Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən sənətkarlardandır. Xarakterindəki bütövlük, çılğınlıq, şeirlərində və bütün yaradıcılığında özünü göstərir. Ona görə də şeirləri dillər əzbərinə çevrilib, bəstəkarların barmaqları ilə şirin nəğmələrə dönərək insanların qəlbinə hərarət gətirib. Bu il 85 illiyi qeyd olunan şair xatirələrdə həm də gözəl insan kimi qalıb.

Tofiq Qulam oğlu Bayram 1934-cü il dekabrın 16-da Bakının Əmircan kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şöbə müdiri kimi başlayıb. Sonra Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Komitəsində ədəbi işçi, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında ədəbi hissə müdiri, “Ulduz” jurnalı və “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyalarında şöbə müdiri, “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləyib.

Bədii yaradıcılıqla yanaşı, tərcümə ilə də məşğul olan Tofiq Bayram Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini dilimizə tərcümə edib. Azərbaycan oxucusu həmçinin A.Tvardovskinin “Üfüqlərdən-üfüqlərə”, dünya xalqlarının incilərindən ibarət “Ürəkdən-ürəyə” toplusunu, R.Həmzətovun “Durnalar” və “Dostları qoruyunşeir kitablarını, A.PuşkininMotsartSalyeripyesini, A.Axmatovanın “Rekviyem” poemasını, habelə Y.Yevtuşenko, İ.Abaşidze, T.Ciladze, Q.Quliyev və başqalarının əsərlərini T.Bayramın tərcüməsində oxumaq imkanı qazanıb. Ömrünün böyük bir hissəsini bu işə sərf edən fədakar şair tərcümə əsərini əmanət sayar, “əmanətə xəyanət olmaz” deyər, tərcümə prosesini “qanköçürmə əməliyyatı”na bənzədər – “qan qrupu uyğun olmayanda tərcümə olunan şeir də xəstə olur” deyərmiş.

Öz əsərləri ilə Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə T.Bayram 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, dünya xalqlarının poeziyasından nümunələrin yüksək peşəkarlıqla Azərbaycan dilinə tərcümə edilməsindəki əməyinə görə isə 1988-ci ildə “Maksim Qorki adına Azərbaycan Dövlət mükafatı”na layiq görülüb...

T.Bayramın “şəkərli diabet”dən çəkdiyi ağrıların üzərinə daha bir dəhşətli ağrı gəldi – Qarabağ ağrısı. O, xəstəliyin ağrılarına dözsə də, Vətən ağrısına dözə bilmədi və 1991-ci il aprel ayının 19-da dünyasını dəyişdi, doğulduğu kənddə torpağa tapşırıldı.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Əmircan qəsəbəsindəki istirahət parkında şairin əzəmətli büstü ucaldılıb və bu məkana T.Bayramın adı verilib. 1998-ci il sentyabr ayının 24-də parkın yenidənqurmadan sonra açılış mərasimində iştirak edən Prezident Heydər Əliyev çıxışında deyib: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. O, Azərbaycanda gözəl şeirləri, əsərləri, onun şeirlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir”.

 

Yaşaya bilmərəm bir gün inamsız...”

 

Tofiq Bayram istedadlı özünəməxsus deyim-duyum tərzi olan şairdir. Onun şeirlərində vətənpərvərlik hissləri güclüdür. Şairin elə şeirləri var ki, onları həyəcansız oxumaq mümkünsüzdür. Bəli, oxucularla şeir dililə danışmaq, onların qəlb tellərini dindirmək şairdən hünər tələb edir. Kitablarını diqqətlə nəzərdən keçirdikcə onun şeirlərinin mayasının həyatla, insanla qaynayıb-qarışdığını görürük. Onun bütün şeirlərində səmimilik təbiilik vardır.

Yuxu da, nağıl da köçdü beşikdən,

Dəyişdi gözümdə bu həyət-baca.

Bir gün körpəliyim düşdü beşikdən,

Dəcəl uşaqlığım çıxdı ağaca...

Səmimiyyət şeir üçün əsas amillərdəndir. Ürəklərə yol tapan, könülləri dilləndirən, dillər əzbəri olan əsərlər, əlbəttə, qəlblə, ilhamla yazılmış şeirlərdir. T.Bayram yaradıcılığında ahu-zar, küskünlük kimi motivlərdən yayınmağa çalışdı. Şair həmçinin ömrünün son anına kimi sünilikdən uzaq qaçdı, təbii oldu. Bu sözlər dilinin əzbəri idi: “Təbii olmaq eyib deyil...”.

T.Bayram üçün ülvi, təmiz məhəbbət Tanrı qədər əlçatmaz, əziz, müqəddəs idi. Deyərdi: “Qaya parçasını, daşı da ürəkdən sevsən, üzünə gülər. Şirin, xoş söz nəvazişdən quruyan bulaqların gözü açılar”.

Şeir poemalarını Vətənə, ana dilinə məhəbbət vətəndaşlıq yanğısı ilə yazan şairpoeziya hər şeydən əvvəl şairin inamından, onun əqidəsindən yaranmalıdırfikrinə inandığını həmişə dilə gətirib, “İnamım, əqidəmşeirində bu fikrini sübuta yetirib:

Yaşaya bilərəm odsuz, ilhamsız,

Yaşaya bilərəm çörəksiz, susuz.

Yaşaya bilərəm yüz il yuxusuz,

Yaşaya bilmərəm bir gün inamsız...

Fikrini yığcam sərrast ifadə etmək məharəti T.Bayram poeziyasının əsas xüsusiyyətlərindəndir. O, yazırsa, nədən yazırsa yazsın, qələmə aldığı mövzunu ürəyinin süzgəcindən keçirib, hər misrasına poetik don geyindirib. Fikrini aydın obrazlı şəkildə çatdırıb, ən əsası isə, oxucuya həyəcan yaşatmağı bacarıb. Şair həm əsərlərində dünyaya, həyata açıq gözlə baxmağı təlqin edirdi.

T.Bayram əsl yaradıcı insan olaraq, içərisində yaşadığı cəmiyyətdə cərəyan edən hadisələrə vətəndaş vicdanı ilə cavabdeh olduğunu bilərək öz mövqeyini ortaya qoyur, nöqsanlı cəhətləri qəzəblə qamçılayırdı. Şairin xoşbəxtliyi onda idi ki, özü dediyi kimi o, həmişə ağıllı, zəngin dünyagörüşü olan, təmənnasız insanların əhatəsində olmuşdu.

 

Qonşular telinə çiçək bağlayır...”

 

Görkəmli şair qadınlara-analara həmişə böyük ehtiramla yanaşıb. Onun yaradıcılığında qadın-ana mövzusu aparıcı yerlərdən birini tutub şair onlara olan tükənməz sevgisiniAnalıq haqqı”, “Ana sevinci, ana qəzəbi”, “Anam ağlayır”,  Qadınlar analar haqqında qəsidə”, “Ay gecikən məhəbbətim”, “Qadın ürəyi”, “Şair arvadına s. şeirlərində ürəklə, ilhamla ifadə etməyə müvəffəq olub. “Analıq haqqışeirindəYüz il dayansam da qulluğunda mən, Ay ana, birgünlük haqqın ödənməz”, – deyən şair, bacısı gəlin köçdüyü zaman yazdığı sonradan bəstəkar Süleyman Ələsgərov tərəfindən musiqi bəstələnərək dillər əzbərinə çevrilən mahnıya çevrilmişAnam ağlayırşeirində deyir:

Duvağa bürünüb yola düşürsən,

Qonşular telinə çiçək bağlayır.

Ay bacım, sən haldan-hala düşürsən,

Vağzalıçalınır, anam ağlayır...

Şairin həyat yoldaşı Zərifə xanım söyləyirdi ki, hələ institutda oxuyarkən Tofiq hər onu qarşılamağa gələrkən ona yeni şeirini verərmiş. Evdə kimsənin görəcəyindən ehtiyatlanaraq onların bəzilərini cırıb atsa da, sonralar ev arxivini araşdıran zaman, saralmış kağızlarda hələ aydın oxunan bəzi şeirləri üzə çıxarıb. Xatirələri çözələyən Zərifə xanım deyirmiş: “Tofiq hərdənbir zarafat edərək, özü hiss eləmədən belə xətrimə dəysə , mən buna münasibət bildirib bir söz deməzdim. Toy mərasimlərinin birində bu bir təkrar olunandan sonra biz evə dönəndə sakit mülayim səslə onaTofiq, sən mənim qəlbimə dəydin, toxundun, ancaq mən sənə heç demədim”, – deyərdim. Onun kövrəlib mətbəxə keçdiyini bir az keçmiş

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır qadın ürəyi.

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi...

misraları ilə başlayan təzəcə yazdığıQadın ürəyiadlı şeiri ayaq üstə mənə oxuyub könlümü aldı...”.

Şair yaradıcılığında gah beşik başında nəvəsinə layla çalan ağbirçəkli nənədən, övladlarının qayğısı ilə yaşayan, ismətini hər şeydən üstün tutan həyat yoldaşından, gah da ilk məhəbbətin acısını-şirinini təzəcə dadan növrəstə qızdan söz açır. Müəllif ana laylasını dünyada ən şirin nəğmə, ananı isə Yer üzünün ən böyük bəstəkarı adlandırır:

Qadınlar dünyanın ən cəfakeşi,

Qadınlar dünyanın ən bəxtəvəri;

Hər evin qadındır tale günəşi,

Hər eşqin qadındır şirin bəhəri...

 

***

 

Vüqarlı şair ölüm ayağında belə nikbinliyini qoruyurdu. O, 1990-cı ildə yataq xəstəsi idi. Qəzetlərin birində onun haqqında yazı dərc edilmişdi. Adı isə belə idi: “Necəsən, Tofiq Bayram)”. Tofiq müəllim qəzet əməkdaşının sualına belə cavab vermişdi: “Mən hər zaman yaxşı olacağam”.

Hər zaman sevilən şair, ruhun şad olsun!

 

Aynurə ƏLİYEVA

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.6.