Kölndə Qara Qarayevə həsr olunmuş tədbir

 

 

 

Dekabrın 13-də Almaniyanın Köln şəhərindəki “Sankta Klarakamera musiqisi zalında böyük Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunmuşQara Qarayev – ölməz düha” adlı konsert proqramı keçirilib.

Tədbir Köln şəhərinin Mədəniyyət şöbəsinin, Alman-Azərbaycan Forumunun dəstəyi və Avropa Əməkdaşlıq Forumunun təşkilati yardımı ilə reallaşıb.

Konsertdə Alman-Azərbaycan Forumunun mədəniyyət və incəsənət şöbəsinin rəhbəri Samirə Patzer-İsmailova çıxış edərək Qara Qarayevin yaradıcılığından bəhs edib.

Azərbaycanlı və alman musiqiçilər – Əməkdar artist Elnarə İsmayılova (piano), Anar İbrahimov (skripka),  Martin Lindsej (vokal) Qara Qarayevin kamera-instrumental əsərlərini ifa ediblər. Proqramda Qara Qarayevin seçilmiş prelüdləri, “Don Kixotsimfonik qravüralarından parçalar, skripkafortepiano üçün sonata, “Yeddi gözəl” baletindən parçalar, bəstəkarın Aleksandr Puşkinin sözlərinə bəstələdiyi iki romansı və başqa əsərləri səsləndirilib.

Tədbirdə Köln şəhəri Mədəniyyət şöbəsinin müdiri Kristof Müller, WDR  radioteleviziya şirkətinin nümayəndəsi, Qara Qarayev musiqisinin yazıldığı disklərin prodüseri  Bernhard Valerius, Köln Musiqi Akademiyasının prorektoru Tilman Klaus, qiraətçi sənətkar Peter Tonqer, Köln Musiqi Akademiyasının dekanı Brigitte Lindner, azərbaycan diasporununalman ictimaiyyətinin  üzvləri iştirak ediblər.

Eyni zamanda tədbirdə Köln şəhərində yaşayan rəssam Marqarita Kərimova-Sokolovanın Qara Qarayev musiqisinə həsr etdiyi  rəsm əsəri, pianoçu Elnarə İsmayılovanın Qara Qarayevin fortepiano əsərlərindən ibarət olan və Almaniyanın WDR şirkətinin dəstəyi ilə yazılmış diski, daha sonra Almaniyanın “Bellman“ nəşriyyatında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görmüşQara Qarayevin fortepiano üçün  seçilmiş əsərləri“ nümayiş etdirilib.

Konsert Azərbaycan musiqisinin Avropada təbliğinə və iki ölkə arasında mədəniyyətlərarası dialoqun inkişafına daha bir töhfə olub.

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.8.