Musiqi ilə qaranlığı aydınlatma”

 

Xəbər verdiyimiz kimi, Kolumbiyanın paytaxtı Boqotada UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyası keçirilib. Sessiya çərçivəsində UNESCO-da akkreditasiyadan keçmiş qeyri-hökumət təşkilatlarının beynəlxalq forumu da reallaşıb.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov forumda ölkəmizi təmsil edib. O, forumdaMusiqi ilə qaranlığı aydınlatma” adlı layihənin təqdimatını edib.

Layihə çərçivəsində Azərbaycanda görmə məhdudiyyətli musiqiçilərin beynəlxalq festivalının təşkil olunacağı diqqətə çatdırılıb. Forum iştirakçıları görmə məhdudiyyətli azərbaycanlı musiqiçilər haqqında nümayiş edilən qısa filmi maraqla qarşılayıb.

F.Qasımov sessiyanın açılış mərasimində UNESCO-nun baş direktoru Odri Azuleyə layihə barədə məlumat verib. Baş direktorMusiqi ilə qaranlığı aydınlatma” layihəsinə dəstəyini ifadə edib.

Xatırladaq ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi 2016-cı ildə UNESCO-nunQeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiyaya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında təşkilatda akkreditasiyadan keçib.

 

Mədəniyyət.- 2019.- 18 dekabr.- S.8.