Yazıçılar Birliyinin 85 illiyi qeyd olundu

 

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 85 illiyi münasibətilə dekabrın 19-da Akademik Opera Balet Teatrında yubiley tədbiri keçirildi. Tədbir AYB-nin 85 illik fəaliyyətinə həsr olunmuş qısa filmin nümayişi ilə başlandı.

Sonra Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva AYB-nin sədri, Xalq yazıçısı Anar səhnəyə dəvət olundular.

Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezident İlham Əliyevin təbrik məktubunu oxudu.

Xalq yazıçısı Anar çıxış edərək dövlət başçısına təşəkkürünü bildirdi: “Cənab Prezident bizim fəaliyyətimizi yüksək dəyərləndirib, öz arzularını tövsiyələrini bildirib. Ötən il dekabr ayında mən hörmətli Prezidentin qəbulunda oldum bir neçə xahişimi çatdırdım. Bunların hamısı müsbət qarşılandı”.

AYB sədri qeyd etdi ki, xahişlərdən biri yazıçı şairlərin təltif edilməsi ilə bağlı idi. Bu ilin may ayında üç şairə Xalq şairi, üç yazıçıya Xalq yazıçısı, üç yazıçıya Əməkdar incəsənət xadimi adları verildi. Bundan əlavə, Yazıçılar Birliyinin Şüvəlandakı Yaradıcılıq evində uzun illərdir Qarabağdan məcburi köçkünlər yerləşmişdi. Bu insanlar mənzillərlə təmin olunduqdan sonra həmin binanın yenidən qurulması təmirini dövlət öz üzərinə götürüb: “Şabranda yaradıcı insanlar üçün şəhərcik salınması ilə bağlı Prezidentə müraciətimiz müsbət həllini tapıb. Biz bunları minnətdarlıq hissi ilə qeyd edirik. Yazıçılara dövlətin qayğısı bu günümüzün reallığıdır. Keçmiş Sovet İttifaqı ölkələrinin əksəriyyətində Yazıçılar Birliyi dağıldığı halda, bizdə dağılmadı. Bu ancaq ona görə idi ki, ulu öndər Heydər Əliyev yazıçıları öz himayəsinə götürdü Yazıçılar Birliyi yaşadı. Güman edirəm ki, 85 il yaşamışıqsa, şərəflə yaşamışıq. Tariximizdə qara səhifələr , faciəvi illər olub. Bütün bunlara baxmayaraq, Yazıçılar Birliyi Azərbaycan dilini, Azərbaycan ədəbiyyatını, Azərbaycan mənəviyyatını qoruyub, yazıçıların bu müqəddəs ocağı fəaliyyət göstərib, bundan sonra da fəaliyyət göstərəcək”.

Tədbirdə xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Vahid Əziz, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış etdilər.

Yubiley gecəsi konsert proqramı ilə davam etdi.

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.1.