“Milli
musiqi alətlərimiz
milli sərvətimizdir”
Dekabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə
dəstək” layihəsi
çərçivəsində “Milli musiqi alətlərimiz
milli sərvətimizdir”
adlı konsert keçirilib.
Konsertdə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi və dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri
Orkestri, respublika və beynəlxalq müsabiqələr laureatları
Əfqan İsmayılov,
Sənan Hacılı,
Ramin Arzumanlı, Rəşid Ağayev
(tar), Fərid Nağıyev
(qarmon), Mahir Hacıyev (kamança) çıxış edib.
Proqramda
Niyazinin “Arzu”, Oqtay Kazıminin “Məhəbbət”, Vasif Adıgözəlovun “Qərənfil”,
Hacı Xanməmmədovun
“Yenə o bağ olaydı” mahnıları və s. səsləndirilib.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşəbbüsü
və Mədəniyyət Nazirliyinin dəstəyi
ilə reallaşan “Gənclərə dəstək”
layihəsi üzrə konsertlərdə mütəmadi olaraq Prezident təqaüdçüləri,
respublika və beynəlxalq müsabiqələr
laureatları iştirak edirlər. Həmçinin
gənc bəstəkarların yaratdıqları əsərlər
– pyeslər, kvartetlər, orkestr üçün əsərlər, romanslar mütəmadi səslənir.
Mədəniyyət.- 2019.- 20
dekabr.- S.3.