Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya

 

 

Bu istiqamətdə Azərbaycanda keçirilən tədbirlər ölkəmizin dünyadakı mövqeyini daha da gücləndirir”

 

Dekabrın 18-də Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti: mədəniyyətlərarası və dinlərarası harmoniya” mövzusunda konfrans keçirildi.

Park İnn” hotelində ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən tədbirdə dövlət rəsmiləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirdi ki, nümunəvi tolerantlıq və multikulturalizmin hökm sürdüyü, dinc birgəyaşayış və dialoq mədəniyyətinin, mənəvi harmoniyanın mövcud olduğu Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu dövlət başçımızın qlobal təşəbbüs və səyləri, siyasi iradəsi sayəsində layiqli şəkildə həyata keçirir. Şeyxülislam noyabr ayında gerçəkləşən  Dünya dini liderlərinin II Bakı sammitinin bu xüsusda əhəmiyyətini vurğuladı. Bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüs və çağırışı ilə ərsəyə gəlmiş sammit ölkəmizin dünya miqyasında mədəni-mənəvi dəyərlər mərkəzi statusunu bir daha təsdiq edib: “Dünyanın 500-ə yaxın tanınmış din, dövlət və ictimai xadiminin iştirakı ilə baş tutan, bəşəriyyəti narahat edən problemlərin mənəvi dəyərləndirməsi üçün özəl əhəmiyyət kəsb edən qlobal miqyaslı bu zirvə görüşü Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq platformasında qabaqcıl rolunun göstəricisi olaraq dinlərarası əməkdaşlıq tarixinin səhifələrinə həkk olundu”.

QMİ-nin rəhbəri Azərbaycanın müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirən, qlobal əhəmiyyətli ideyalar ətrafında cəm edən, sülh və qarşılıqlı anlaşma mühitinə töhfələr verən bu missiyasını davamlı və ən yüksək səviyyədə həyata keçirən dövlət kimi dünyanın diqqət mərkəzində olduğunu söylədi: Dünyada dinimilli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycanın dövlət başçısı qlobal miqyasda ümumbəşəri ideyaların ətrafında cəm olmağa çağırmaqla insani həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir. Dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini – multikulturalizm modelini təklif edir. Beləliklə, bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, dünya dini liderlərinin sammitlərinə ev sahibliyi, qlobal hərəkata çevrilmiş “Bakı Prosesi”nə rəhbərlik edir. Prezident İlham Əliyevin dövlət-din siyasəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünya miqyasında siyasi-mədəni sahədə dəyərli fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin nadir nümunəsinə malik bir məkan, milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin, mədəniyyətlərarası və dinlərarası harmoniyanın unikal nümunəsidir”.

Allahşükür Paşazadə çıxışının sonunda Prezident İlham Əliyevi qarşıdan gələn ad günü münasibətilə təbrik etdi, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

***

Konfransda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, bu il ölkəmiz üçün uğurlu il olub, paytaxtımız dörd mühüm beynəlxalq tədbirə ev sahibliyi edib. V Dünya Mədəniyyətlərarası Dialoq Forumu, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə GörüşüDünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsi ölkəmizdəki tolerantlıq mühitindən xəbər verir.

Nazir ölkəmizdə iki ildən bir keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal platforma kimi böyük nüfuz qazandığını vurğuladı: “İki il əvvəl BMT-nin baş katibibu il BMT-nin Baş Assambleyası Mədəniyyətlərarası Dialoq Forumunu dünyanın ən əsas qlobal platformalarından biri elan edib. Bu siyasət dünya miqyasında qəbul olunan siyasətdir. Bu istiqamətdə Azərbaycanda keçirilən tədbirlər ölkəmizin dünyadakı mövqeyini daha da gücləndirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və səyləri sayəsində 13 qeyri-maddi mədəni irs nümunəmiz UNESCO-nun siyahılarına daxil edilib. Azərbaycan dünyada təkcə neft ölkəsi deyil, həm də qədim və zəngin mədəniyyətini, tolerantlıq ənənələrini nümayiş etdirir. Müxtəlif mədəniyyətlərə hörmət xalqımızın mədəniyyətinin bir parçası kimi formalaşaraq inkişaf edib. Xalqımız hər zaman müxtəlif mədəniyyətlərə, dinlərə hörmətlə yanaşıb və bu gün də belədir”.

***

Mədəniyyətlərarası və dinlərarası harmoniyanın müasir dünyamızın ən mühüm çağırışlarından biri olduğunu deyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd etdi ki, bu gün baş verən hadisələrin kökünü tarixin hansısa hissəsində görürük. Komitə sədri son üç əsrdə dünyada baş verən hadisələrə, problemlərə nəzər salaraq bu problemlərin həll edilməsi üçün sivilizasiyalararası, dinlərarası, mədəniyyətlərarası dialoqun olmasının vacibliyini vurğuladı. Natiq terrorizmekstremizmin müasir dünya üçün ən ciddi təhdidlərdən olduğunu diqqətə çatdıraraq terror əməllərinin böyük hissəsinin müsəlman coğrafiyasını əhatə etdiyini söylədi.

Vurğulandı ki, dünyanın bir çox ölkəsində din amilindən istifadə vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxarır. Hazırda dinlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrdə “soyuq müharibə” illərindəki ideoloji toqquşmanı əvəz edib.

M.Qurbanlı çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsindən, milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin önəmindən, dini radikalizmxurafat elementlərinə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətindən də danışdı. Dövlət-din münasibətlərinin tənzimlənməsi işində ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərini diqqətə çatdıran komitə sədri dinə dövlət qayğısından, dövlət-din münasibətlərinin inkişaf dinamikasından və bu sahədə Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətdən bəhs etdi.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizdə sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoqdialoqun ən müxtəlif formaları beynəlxalq aləmdə yüksək səviyyədə dəstəklənir, ölkəmiz bu dialoqun əsas mərkəzlərindən biri kimi qəbul olunur: Bu, Azərbaycan Prezidentinin ardıcıl fəaliyyəti ilə bağlı olan prinsiplərdir. Ölkəmizdə, sözün əsl mənasında, müstəqillik dövründə Azərbaycançılıq prinsipinə əsaslanan və digər xalqların mədəniyyətləri ilə zənginlənmiş yeni tipli bir mədəniyyət formalaşıb. Bu mədəniyyət Azərbaycanda birgəyaşayışa, çoxmillətli cəmiyyətin harmoniyasına, multikultural dəyərlərin ön mövqeyə çəkilməsinə, dinlərarası harmoniyanın möhkəm ülvi sintezinin yaranmasına gətirib çıxarıb. Bu da həmrəylik, ictimai-siyasi cəhətdən möhkəm bir Azərbaycan modelini ortaya qoyub. Bu isə cəmiyyətin, iqtisadiyyatın bütün sahələrində, hətta beynəlxalq səviyyədə ölkəmizin dinamik inkişafının möhkəm əsaslarına çevrilib”.

***

Digər çıxış edən qonaqlar da Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dövlət-din münasibətlərinin inkişaf dinamikası, dövlətin dinə qayğısı, xalqımızın multikulturalizm və tolerantlıq ənənələrinin təbliği və təşviqi sahəsində görülən işlər, Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə verdiyi töhfələrdən söz açdılar.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.1;3.