Azərbaycan UNESCO Hökumətlərarası
Komitəsinin vitse-prezidenti
seçilib
Xəbər verdiyimiz kimi, Kolumbiyanın paytaxtı Boqotada UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin
14-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan
Hökumətlərarası Komitənin vitse-prezidenti seçilib. Ölkəmizlə yanaşı, Çin, Niderland, Qazaxıstan, Küveyt və Cibuti də komitənin vitse-prezidentləri
seçilib.
Sessiyada
UNESCO-nun Təcili qorunmaya
ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına
5 yeni nümunə salınıb. Həmçinin
35 qeyri-maddi mədəni
irs nümunəsi
Bəşəriyyətin qeyri-maddi
mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası
Komitənin 15-ci sessiyasının 2020-ci ilin
30 noyabr – 5 dekabr tarixlərində
Yamaykanın sədrliyi ilə bu ölkənin
paytaxtı Kinqston şəhərində
keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Mədəniyyət.- 2019.- 20
dekabr.- S.3.