Ahıska türklərinin sürgün
həyatı tablolarda
Xəbər verdiyimiz kimi, dekabrın 10-da Ankarada Ahıska türklərinin sürgün edilməsinin 75-ci ildönümü ilə bağlı keçirilən mərasimdə Azərbaycandan getmiş heyət də iştirak edib. Xaçmazlı rəssam Canpolad Qəhrəmanovun əsərləri həmin mərasimdə sərgilənib.
62 yaşlı Canpolad Qəhrəmanov 6 yaşında ikən, 1969-cu ildə ailəsi ilə birlikdə Azərbaycana gələrək Xaçmaz rayonunun Müşkür kəndində məskunlaşıb. Orta məktəbdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində sənət təhsili alıb.
Onun çəkdiyi rəsmlərin içərisində Ahıska türklərinin sürgününə həsr olunan əsərlər xüsusi yer tutur. Bu rəsmlər uşaq vaxtlarında anası və babasından eşitdiyi əhvalatların təsirindən yaranıb.
Ahıska türklərinin sürgün
həyatını anladan tablolar
tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Rəssamın əsərlərindən
ibarət növbəti sərginin Bakı şəhərində
təşkili nəzərdə tutulub.
Mədəniyyət.- 2019.- 20
dekabr.- S.4.