“Məndə sığar iki cahan

 

 

Böyük şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Xaçmaz rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Məndə sığar iki cahan” adlı tədbir keçirilib.

Mərkəzin direktoru Aqil Əlisultanov, Yazıçılar Birliyinin üzvü Mehrəli Qulu  şairin həyat və yaradıcılığı, “Nəsimi ili” çərçivəsində rayonda təşkil olunan tədbirlər barədə danışıblar.

Xaçmaz  Xalq teatrı aktyorlarının ifasında “Nəsimi” filmindən Şirvanşahla Nəsiminin dialoqu və Teymurlənglə Nəsiminin dialoqundan bəhs edən səhnəcik təqdim olunub. Muğam ifaçısı Saleh Novruzlu Nəsiminin qəzəlləri üstündə “Rast” muğamını ifa edib Mərkəzin aktyoru Elşən İbrahimov və məktəblilər şairin qəzəllərini söyləyiblər.

 

Mədəniyyət.- 2019.- 20 dekabr.- S.4.