Mədəniyyət Nazirliyinin
dəstəyi ilə yeni kitablar
işıq üzü görüb
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin sifarişi ilə ədibin “Ölən dünyam” romanı rus dilində (“Ìîé ìèð óìåðøèé”) işıq üzü görüb. Roman yazıçının həyatının son illərində, özünün yüksəldiyi mənəvi-intellektual mövqedə dünyaya və insana münasibətinin ədəbi-fəlsəfi təzahürüdür.
Mədəniyyət Nazirliyinin sifarişi ilə görkəmli heykəltəraş Mirəli Mirqasımovun həyat və yaradıcılığından bəhs edən kitabın nəşri də başa çatdırılıb. Kitabda heykəltəraşın həyat yoldaşı Gültəkin xanım Mirqasımovanın xatirələri sayəsində böyük sənətkar haqqında bilinməyən səhifələr açılıb.
Nazirliyin dəstəyi ilə musiqişünas, pedaqoq Kəmalə Cahangirovanın “Qanun məktəbi. Qanun partiyası” adlı dərslik işıq üzü görüb. Dərslikdə qanun alətinin yaranması, tarixi inkişafı və təkamülündən bəhs olunur. Həmçinin dərslikdə bu musiqi alətində çalğının əsas qayda və üsulları, metodiki göstərişlər, melizmlər, ştrixlər, templər, alterasiya və dinamik işarələr, not, xana ölçüləri haqqında geniş məlumat verilib.
“Şərq-Qərb” nəşriyyatında yüksək
poliqrafik keyfiyyətlə çap
edilən kitablar nazirliyin
tabeliyində olan kütləvi kitabxanalara, musiqi məktəblərinə
paylanılacaq.
Mədəniyyət.- 2019.- 20
dekabr.- S.7.