“Körpüsalanlar” alman dilində
Xalq yazıçısı İlyas Əfəndiyevin 1960-cı ildə yazdığı məşhur “Körpüsalanlar” romanı Azərbaycan ədəbiyyatında hadisəyə çevrilmiş, haqqında onlarla məqalə yazılmış, qızğın ədəbi müzakirələrə səbəb olmuşdu.
Həmin dövrdən etibarən novatorluğuna, səmimiliyinə, yüksək bədii-estetik səviyyəsinə görə oxucuların sevə-sevə oxuduqları bu romana maraq azalmayıb. Əsər dəfələrlə yüksək tirajlarla nəşr olunub, ekranlaşdırılıb, səhnələşdirilib, bir çox xarici dillərə tərcümə edilib.
Bu günlərdə İstanbulun “Zengin Yayıncılık” nəşriyyatı Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi üzrə “Körpüsalanlar” romanını alman dilində nəşr edib. Nəfis şəkildə çap edilmiş kitabda ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Əsəri alman dilinə Yeliz Geçici çevirib. Rəssam Kaya Oralın
tərtibatı ilə
nəşr olunmuş
kitabın redaktoru Yunger Kieldir.
Mədəniyyət.- 2019.- 20
dekabr.- S.7.