LOLA audiovizual
yayım sisteminin təqdimatı keçirilib
Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasında (BMA) LOLA (LoLa
Low Latency Audiovisual Streaming System) audiovizual
yayım sisteminin təqdimatı olub.
Təqdimat Azərbaycan Milli
Elmlər Akademiyasının
(AMEA) İnformasiya Texnologiyaları
İnstitutu, Bakı Musiqi Akademiyası və Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının
(GENAT) birgə təşkilatçılığı
ilə reallaşıb.
BMA-nın rektoru, Xalq artisti, professor
Fərhad Bədəlbəyli
çıxış edərək
yeni sistem haqqında məlumat verib. Bildirib ki, bu sistem real zamanda musiqi nümayişlərini
təmin etmək məqsədi daşıyır
və bir-birilərindən
uzaq məsafədə
olan ifaçı və musiqiçiləri onlayn bağlantı vasitəsilə bir araya gətirir. Sistem Avropa İttifaqının
“Şərq tərəfdaşlığı”
proqramı üzrə
“EaPConnect” (Eastern Partnership Connect) layihəsi çərçivəsində
reallaşıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov texnologiyanın əhəmiyyətini
vurğulayıb. Bildirib ki, bu sistem
vasitəsilə ustad dərslərinin öyrənilməsi
də əhəmiyyət
kəsb edir: “Biz bu gün distant təhsildə kifayət qədər təcrübə
əldə etmişik.
Təhsil Nazirliyi ilk gündən
bu layihəni dəstəkləyib. Birinci layihə
Estoniya ilə reallaşıb. İnanıram ki, bu istiqamətdə
başqa ölkələrlə
də səmərəli
əməkdaşlıq olacaq”.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, akademik Rasim Əliquliyev layihənin ölkəmizdə
tətbiqi istiqamətində
işlərin 2015-ci ildə başlandığını
deyib. Bildirib ki, hazırda
ölkənin 18 universiteti
yüksək texnoloji xidmətlərdən istifadə
edir. O, layihənin
önəmindən bəhs
edərək bildirib ki, bu sistem
Azərbaycanın intellektual
musiqi və mədəniyyətini virtual məkan
vasitəsilə təbliğ
etməyə geniş
imkan yaradacaq.
Sonra LOLA sisteminin
təqdimatı olub. Tədbir konsert
proqramı ilə davam edib.
Mədəniyyət.- 2019.- 25
dekabr.- S.3.