Bəstəkarımızın əsəri
Almaniyada səslənib
Almaniyanın Essen şəhərinin aparıcı konsert salonlarından olan “Essen-Rellinghousen”da kamera musiqisi konsertləri təqdim olunub.
Konsertlər çərçivəsində Essen şəhərində ali musiqi təhsili alan istedadlı kontrabas ifaçısı Cavad Cavadzadə tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasovun solo kontrabas üçün “Münacat 1” əsərini ifa edib.
Konsertlərdə həmçinin Bax, Haydn, Brams, Şuman, Şubert, Maler və Şostakoviç kimi dünya klassiklərinin də kamera-instrumental əsərləri səsləndirilib.
Qeyd edək ki,
C.Abbasovun “Münacat
1” əsəri İtaliya, Fransa,
Cənubi Koreya, Rusiya,
Gürcüstan və başqa
xarici ölkələrdə dəfələrlə
ifa olunub.
Mədəniyyət.- 2019.- 25
dekabr.- S.3.