Mədəniyyət nazirinin
birinci müavini Şirvan şəhərində vətəndaşlarla
görüşüb
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, dekabrın 24-də Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şirvan şəhərində vətəndaşlarla görüşüb.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.
Şirvan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar tərəfindən Heydər Əliyev Mərkəzinin əməkdaşlarının ixtisasartırma kurslarına və təcrübə mübadiləsinə göndərilməsi, Şirvan şəhər Mərkəzi Kitabxanasına uşaq ədəbiyyatının verilməsi, Şirvan Dövlət Rəsm Qalereyasının fondunun yenilənməsi, şəhər Uşaq musiqi məktəbində saz və qanun alətlərinin tədrisi üzrə siniflərin açılması, şəhər Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiyanın yenidən qurulmasına köməklik göstərilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar tərəfindən səsləndirilən
bütün müraciətlər dinlənilib,
qaldırılan məsələlərin əksəriyyəti
yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və
qanunvericiliyə uyğun həll
olunması məqsədilə müvafiq
tapşırıqlar verilib.
Mədəniyyət.- 2019.- 25
dekabr.- S.3.