Yasamal rayon Heydər Əliyev Mərkəzinin
10 illiyi qeyd olundu
Dekabrın 20-də Yasamal rayon Heydər Əliyev Mərkəzində
bu mədəniyyət
ocağının 10 illiyinə
həsr olunmuş tədbir keçirildi.
Mərkəzin direktoru Naminə
Ömərova tədbiri
giriş sözü ilə açaraq fəaliyyətləri haqqında
ətraflı məlumat
verdi. Bildirdi
ki, mərkəzin açılışı Prezident
İlham Əliyevin iştirakı ilə gerçəkləşib: “Mərkəzimizdə
ötən illər ərzində ümummilli lider Heydər Əliyevin fəaliyyətinə
həsr olunan və eləcə də dövlət quruculuğu, Azərbaycanın
inkişafı, ölkəmizdə
və beynəlxalq aləmdə aktual olan müxtəlif mövzularla bağlı dəyirmi masalar, konfranslar, seminarlar və digər tədbirlər keçirilib”.
Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə çıxış
edərək ulu öndər Heydər Əliyevin adının Azərbaycan tarixində əvəzolunmaz şəxsiyyət
kimi qaldığını
bildirdi: “Ümummilli liderin fəaliyyəti hər zaman inkişafla, yeniliklərlə
bağlı olub. Onun adını daşıyan
bu mərkəz həm indiki, həm də gələcək nəsillər
üçün mühüm
əhəmiyyət kəsb
edir. Artıq 10 ildir ki, fəaliyyət göstərən
Yasamal rayon Heydər Əliyev Mərkəzi bu illər ərzində
dahi siyasətçinin
irsinin təbliği sahəsində mühüm
xidmətlər göstərib”.
Nazir dedi ki, Heydər
Əliyev mərkəzlərinin
işinin müasir tələblərə uyğun
qurulması, mərkəzlər
arasında işgüzar
əlaqələrin yaradılması,
həyata keçirilən
tədbirlərin işıqlandırılması
və yeniliklərin tətbiq edilməsi məqsədilə Mədəniyyət
Nazirliyi tərəfindən
informasiya portalı
(http://heydaraliyev-centers.az) istifadəyə
verilib. Heydər Əliyev mərkəzlərində
keçirilən tədbirlərin
operativ şəkildə
ictimaiyyətə təqdim
edilməsində bu portalın əhəmiyyəti
böyükdür.
Əbülfəs Qarayev Yasamal rayon Heydər Əliyev Mərkəzinin 10 illik yubileyi ilə bağlı mərkəzin
kollektivini təbrik etdi, yeni uğurlar
arzuladı.
Yasamal
Rayon İcra Hakimiyyətinin
başçısı Elşad
Həsənov vurğuladı
ki, tərtib edilən tematik təqvim proqramına əsasən ali
və orta təhsil müəssisələrinin
tələbələri və
şagirdlərinin mərkəzə
ekskursiyaları təşkil
edilir. Mərkəzdə gənc və
yeniyetmələrin milli
vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə müxtəlif
tədbirlər keçirilir,
şeir, rəsm, inşa müsabiqələri
və sərgilər təşkil olunur.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov mərkəzlə birgə seminarlar, elmi-praktik konfranslar, elm xadimlərinin yubiley tədbirləri keçirdiklərini
bildirdi. Vurğulandı
ki, mərkəzin kitab fondunun zənginləşdirilməsində AMEA-nın Fəlsəfə İnstitutu və Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu ilə sıx əməkdaşlıq
edilir.
Daha sonra muzeyin 10 illik fəaliyyətini əks etdirən videoslayd nümayiş olundu.
Tədbirin sonunda mərkəzlə əməkdaşlığa görə
ən fəal 10 müəssisənin rəhbərlərinə
mükafat təqdim edildi.
NURƏDDİN
Mədəniyyət.- 2019.- 25
dekabr.- S.4.