Üç axşam opera zövqü

 

 

yaxud film kimi tamaşa təəssüratı

 

“Qonşuda bişər, bizə də düşər” məsəli olmasın, amma bu dekabrda Azərbaycan operasevərləri Rusiyada başa çatmaqda olan “Teatr ili” və 100 yaşı hələ gələn mövsüm tamam olacaq Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının yubileyi münasibətilə üç axşam əsl sənət zövqü yaşadı.

Dekabrın 17-dən 19-dək “Sankt-Peterburq OperaRusiya Dövlət Kamera Musiqili Teatrı Bakıda qastrol səfərində idi. Qastrol proqramından söz açmazdan öncə Rusiya opera teatrları arasında ən cavan kollektivlərdən sayılan qonağımız barədə qısa məlumat verək.

“Sankt-Peterburq Opera” 1987-ci ildə yaranıb. Tanınmış rejissor Yuri Aleksandrov müsahibələrində bu teatrı cəmiyyətin yeni yaradıcı ideyalara tələbatını ödəmək məqsədilə qurduğunu deyir. Həqiqətən , o dövrün iqtisadi böhran illərindəki çətinliklərə baxmayaraq, yaradıcı laboratoriya kimi nəzərdə tutulmuş teatr əvvəlcə şəhərdə, sonra ölkədə daha sonra xaricdəcanlı opera teatrı”, “axtarış teatrıolaraq tanındı, sevildi peşəkar dövlət teatrına çevrildi.

Təxminən on bir il icarə səhnələrdə çıxış etmiş “Sankt-Peterburq Opera” 1998-ci ildən Rusiyanın şimal paytaxtının musiqili teatr tarixi ilə sıx bağlı olan binada – baron fon Dervizin imarətində yerləşir. Teatr otuz ildən artıqdır ki, unikal repertuar proqramı ilə çalışır. RepertuardaRoben Marion haqqında oyunkimi Orta əsr pastoralından çağdaş moskvalı bəstəkar Yuri Butskonun “Fyodor Dostoyevskinin bəyaz gecələri”nədək ən müxtəlif janrlara aid opera tamaşaları musiqi əsərləri yer alıb.

 

Teatr Bakıda iki tamaşaJ.Bizeninİnci axtaranlar Ş.Qunonun “Faust” operalarını oynadı, bir qala-konsert verdi. İlk baxışdan elə görünə bilər ki, peterburqlular Bakıya tam klassik operaları gətirmişdilər...

 

İnci axtaranlar”la ilk görüş

 

Bəlkə vaxtsa bizim Akademik Opera Balet Teatrında bu tamaşa oynanılıb. Oynanılmayıbsa, onda çox gözəl musiqisi Avropa operası üçün qeyri-adi süjetə malik bu əsəri tamaşaya qoymağa dəyər. Üstəlik, ilk peşəkar vokalçımız Bülbüldən bəriİnci axtaranlar”dan Nadirin ariyası zaman-zaman bizim tenorların konsert repertuarında olub.

İki igid dost – Nadir Zurqanın Leyla adlı gözəl qıza bəslədiyi məhəbbət üzündən yaranmış sevgi üçbucağında baş verənlərİnci axtaranlar”ın ana xəttidir. Naməlum gözələ bəslədikləri məhəbbət dostları düşmənə çevirməsin deyə, onlar ayrılır, doğma yerləri tərk edirlər. Ejön Kormon Mişel Karrenin librettosu əsasında bəstələnmiş operada əhvalatlar Seylon adasında okean sahilində ucalan Kandi məbədinin ətrafında cərəyan edir. Sevdiyi Leylaya qarşı hisslərinin soyuduğuna əmin olan Nadir Zurqanın yeni tayfa başçısı seçildiyi gün doğma yerlərə qayıdır. Leyla isə inci axtaranlara hamilik edən, məhəbbətdən, nikahlanmaqdan imtina etmiş məbəd kahini taleyi yaşamağı qəbul edib.

Səhnə əsərinin məzmununu danışmaq fikrimiz yoxdur. Sadəcə, tamaşanın çox zəngin dekorasiyasını, iştirakçıların geyiminin qriminin mükəmməlliyini qeyd etməyə bilmərik. Bizim teatrlarımızda da son zamanlar davamlı rast gəldiyimiz video-instalyasiyaİnci axtaranlar”da da var idi. Sadəcə, əhvalatın okean sahilində baş verdiyini anladan, gözəl Leylanın məbəd kahini kimi inci axtaranları necə uğurlayacağını göstərmək üçün istifadə edilən video-instalyasiya səhnənin ən arxa divarında, ağac okean sahilinə xas mağara girişlərinin lap arxasında dekorasiyanı tamamlayırdı deyə, tamaşaya yamaq kimi görünmürdü. Teatrın qastrol zamanı da tamaşanı öz orkestrinin müşayiəti ilə, həm stasionar səhnədəki eyni formatda eyni dekorasiyada oynaması – “qastrolda qənaətprinsipinə uyğunlaşmaması, bir tərəfdən, yerli seyrçiyə ehtiramdırsa, digər tərəfdən, öz əməyinin nəticəsinə hörmətin təzahürüdür.

Bu yerdə Rusiya mətbuatında “Sankt-Peterburq Opera”nın yaradıcısı əvəzolunmaz bədii rəhbəri, indiyədək öz ölkəsində xaricdə 250-dən çox tamaşaya quruluş vermiş Yuri Aleksandrovun fenomenal şəxsiyyət sənətkar kimi təqdim edilməsinə haqq qazandırırsan. Onun quruluş verdiyiİnci axtaranlar”da əsas partiyaları beynəlxalq müsabiqə laureatları Vladislav Mazankin (Nadir), Yevgeniya Kravçenko (Leyla), Aleksey Paşiyev (Zurqa) Anton Morozov (Nurabad) ifa edirdilər.

 

Bu gün Mefistofel harada işləyir?

 

Hötenin “Faust” fəlsəfi dramına bir neçə bəstəkar irihəcmli musiqi əsəri bəstələyib ki, onlardan ən möhtəşəmi Şarl Qunonun eyniadlı operasıdır. “Sankt-Peterburq Opera”da bu əsərə quruluş verən Yuri Aleksandrov tamaşadakı hadisələri bu günümüzə gətirib. Tamaşanın annotasiyasında quruluşçu rejissor bunu belə izah edir: “Dünyanın əksər rejimləri insan ağlını qəlbini özünə tabe etməyə cəhd göstərir. Kommunist rejimində belə olub, müəyyən dərəcədə indi belədir. Müasir informasiya müharibələrinin gedişini izləmək kifayətdir. Bütün dünyada müxtəlif informasiyanı insanların şüuruna yeridirlər. Faustun əhvalatında mən insan şüurunun işğalını, yeni Frankenşteyn yaratmaq cəhdini görürəm”.

Tamaşada hadisələr bizim günlərə daşınıb. Əsərin əsas qəhrəmanları kiçik psixiatriya klinikasının xəstələri, Mefistofel insan düşüncəsi üzərində eksperimentlər aparan baş həkimdir. Buna görə Mefistofel (Avropa mifologiyasında bəd ruhun ümumiləşmiş obrazı) sadəcə, buynuzlu iblis kimi karikatur obraz deyil, o, ətrafımızda dolaşan adi adamlardan biri olduğuna görə daha qorxuludur! Onun tamaşa zamanı söylədiyiAdamlar dəmir üstündə həlak olurlarifadəsi, yaxudİblis hər şeyə hakimdirariyası əsərin məğzini açan leytmotivə çevrilir. Hötenin ədəbiyyata gətirdiyi əbədi cavanlıq məhəbbət, pul, şöhrət, həzz naminə qəlbini vücudunu satmaq istəklərinə görə iblisə uymaq kimi mövzular hələ aktuallığını itirmir.

 

“Sankt-Peterburq Opera”nın beynəlxalq müsabiqələrdə laureat adını qazanmış solistləri – Sergey Alyoşenko (Faust), Yuri Borşşev (Mefistofel), Valentina Fedenyova (Marqarita), Viktoriya Martemyanova (Zibel, Kleopatra), Yeqor Çubakov (Valentin), Natalya Vorobyova (Marta, Lais) Anton Morozovun (Vaqner) ifası rejissor Yuri Aleksandrovun tamaşada qabartmaq istədiyi məqamları tam açır, obrazların dramaturji yükünü tamaşanın yozumunda olduğu kimi çatdırırdı.

***

“Sankt-Peterburq Opera”nın iki tamaşasında iki maraqlı yeniliklə rastlaşdıq. Onlardan birisırf texnoloji məqam idi: tamaşanın mətniyəni bütün ariyalar, reçitativ xorun ifası səhnənin hər iki tərəfində quraşdırılmış monitorda subtitrlərlə rus dilində əks olunurdu. Hərçənd tamaşanın proqramında seyr edəcəyimiz göstərinin geniş mətni yer almışdı. Fikrimizcə, dünya opera teatrlarında qəbul edilmiş qaydaoperanın orijinalda oxunması tələbi bizdə şəksiz yerinə yetirilirsə, o zaman təkcə dramatik teatrlarda oynanılan qastrol tamaşaları, yaxud beynəlxalq tamaşaçı kontingenti üçün verilən subtitr tərcüməsindən musiqili teatr nümayişlərində istifadənin yeri var.

Digər bir məqam isə sırf yaradıcılıqla bağlıdır: qonaq teatrın yaradıcı heyətində balet truppası yoxdur. Əslində, daha çox kamera tamaşalarının oynanıldığı kiçik səhnədə balet truppasının qol-qanad açmasına yer yoxdur. Amma tamaşalardaistər teatrın rəsmi elektron portalında fraqmentlərini izlədiyimiz tamaşalarda, istərsə Bakıda oynanılan operaların kütləvi səhnələrində rəqs elementlərindən nəinki bol istifadə edilir, hətta ayrıca rəqs nömrəsi təsiri bağışlayan parçalar var. Bəli, həmin rəqsləri xor artistləri ifa edirdilər, özü əsl vokalçı kimi canlı orkestrin müşayiəti ilə fonoqramsız, mikrofonsuz oxuyaraq. Bəs buna necə nail olunur? Təbii ki, rejissorun, tamaşanın plastik həllini verən baletmeysterin solistlər, xor artistləri ilə davamlı məşqləri, bir vokalçıların səhnədə rəqs edərək oxuya bilmək üçün qüvvəsi çatacaq fiziki formada qalması sayəsində.

Gerçəkdən, bəzən tamaşada çıxış edən vokalçılar o qədər dramatik aktyor məharəti göstərir, mimika jestlərdən elə bacarıqla istifadə edirdilər ki, bir anlıq çaşıb özünü film-opera seyrçisi kimi hiss edirdin.

Bu yerdə “Sankt-Peterburq Opera”nı Yuri Aleksandrovunrejissor teatrı” adlandıran tənqidçilərə də, bu fikirlə razılaşmayan bədii rəhbərin “mənim teatrım aktyor teatrıdır” qənaətinə də haqq verirsən.

 

Mədəniyyət.- 2019.- 25 dekabr.- S.1;5.