Gürcüstanda Nəsiminin 650 illiyinə həsr olunan tədbir
Azərbaycanın dahi şair və mütəfəkkiri
İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunan daha bir tədbir
ölkəmizin Gürcüstandakı
səfirliyində keçirilib.
Tədbirdə paytaxt Tbilisi ilə yanaşı, Rustavi və
Marneuli şəhərlərindən,
Qardabani, Bolnisi, Kaspi rayonlarından gəlmiş ziyalılar, tələbələr iştirak
ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri
Dursun Həsənov çıxış edərək
şairin yaradıcılığından
danışıb. Bildirib ki,
“Nəsimi ili” çərçivəsində təkcə Azərbaycanda
deyil, dünyanın bir sıra ölkələrində
də silsilə tədbirlər keçirilir.
Sonra Nəsiminin
650 illiyinə həsr
olunan “Məndə sığar iki cahan” adlı videoçarx nümayiş
etdirilib.
Professor Mahmud Hacıxəlilov Nəsiminin həyat və yaradıcılığının
müxtəlif dövrləri
barədə məruzə
ilə çıxış
edib. Bildirib ki, Nəsimi
Azərbaycan xalqının
dünyaya bəxş
etdiyi böyük mütəfəkkirdir.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, yazıçı-publisist Əli Abbas, Gürcüstan Azərbaycanlı
Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, Akif
Xansultanlı, AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov və
başqaları çıxış edərək böyük şairin
yaradıcılığı, ictimai fikir tarixində rolu
barədə fikirlərini bölüşüblər.
Mədəniyyət.- 2019.- 25
dekabr.- S.8.