Bakı və Moskva şəhərlərinin mədəniyyət müəssisələri arasında əməkdaşlıq

 

 

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndə heyəti Moskva şəhərində səfərdə olub. İdarənin rəisi Cəlil Məlikovun rəhbərlik etdiyi heyət dekabrın 18-dən 23-dək Moskva şəhəri və Moskva vilayətinin bir sıra mədəniyyət müəssisələrində işgüzar görüşlər keçirib.

Moskva Hökumətinin naziri, şəhər Mədəniyyət departamentinin rəhbəri Aleksandr Kibovskinazirin xarici iqtisadi və beynəlxalq əlaqələr üzrə müavini Oleq Şutenko ilə görüşdə paytaxt şəhərlərdə yerləşən mədəniyyət müəssisələrinin inkişafı sahəsində məsələlər müzakirə edilib.

Səfər əməkdaşlığa dair yeni sənəd layihəsinin işlənməsi ilə yadda qalıb. Sənədin gələn ilin yanvar ayında, “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində imzalanması gözlənilir. Sənəddə iki şəhərin mütəxəssisləri tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanışlıq, müəssisələrdə işin təşkili sahəsində təcrübə mübadiləsi əksini tapacaq. Həmçinin 2020-ci ildə qarşılıqlı konsertlərin, mədəniyyət günlərinin təşkili, musiqi məktəblərində müəllimlərin ixtisaslarının artırılması məqsədilə ustad dərslərinin keçirilməsi, musiqi alətlərinin sazlanması və bərpası üzrə , musiqi təhsili üzrə ədəbiyyatla tanışlıq, eləcə də kitabxana sahəsində təcrübə mübadiləsi kimi fəaliyyət nəzərdə tutulub.

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.3.