Pərdələr bağlanmadan

 

 

Başa çatmaqda olan 2019-cu ilin pərdələri qapanmadan ona teatr səhnəmizdən də qısa nəzər salaq.

İl ərzində festivallar, qastrollar, maraqlı premyeralar bir-birini əvəz etdikcə əsas məqsəd – teatrla tamaşaçının ünsiyyəti, sehrdən seyrə keçidlə mənzərə hasil oldu. Yeri gəlmişkən, bu il həm də “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı başa çatdı...

Biz isə öncə teatrların öz yaradıcı potensiallarının nümayişinə və təcrübə mübadiləsinə hesablanan festival gündəliyini vərəqləyək. Mədəniyyət NazirliyiTeatr Xadimləri İttifaqının dəstəyi ilə üç festival reallaşdı.

10 martMilli Teatr Gününə həsr olunmuşBoş məkanın dolğunluğu” adlı II Eksperimental Tamaşalar Festivalı görkəmli rejissor Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuşdu. Festivalda yerlixarici teatrların ümumilikdə 18 tamaşası nümayiş etdirildi.

İyunun 1-dən 5-dək Lənkəranda ilk dəfə təşkil olunan beynəlxalq festival uşaq və yeniyetmələrin tamaşaçı zövqünə xitab etməklə yeni üslublu səhnə işlərinin nümayiş meydanı oldu. Festivala Britaniya, Gürcüstan və İranın teatr kollektivləri də qatılmışdı.

2-10 dekabr tarixində isə “2+1” adlı” III Eksperimental Tamaşalar Festivalı keçirildi. Sənət nümayişində paytaxt teatrları ilə yanaşı bölgə teatrları da fəal iştirak etdi.

***

Teatrların sənət nümayişindən bəhs edərkən milli teatr tariximizdə məxsusi yerirolu olan Cəfər Cabbarlının 120 illik yubileyi şərəfinə reallaşan layihəni ayrıca qeyd etməliyik. “Cəfər Cabbarlı teatr həftəsi”ndə (23-30 noyabr) böyük dramaturqun yubiley ilində səhnə həllini tapan əsərləri – Akademik Milli Dram Teatrının “Yaşar”, Akademik Rus Dram Teatrının “Aydın”, Gənc Tamaşaçılar Teatrının “Oqtay Eloğlu”, Şəki teatrının “Sevil”, Lənkəran teatrının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt teatrının “Solğun çiçəklər” və Gəncə teatrının “Dönüş” tamaşaları paytaxtda nümayiş olundu.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi də səhnə-sənət kontekstində geniş qeyd olundu. Bir neçə teatrda onun məşhur ədəbi nümunələri özünün yeni səhnə ömürlüyünü yaşadı. 25 dekabrda ədibin yubileyi Akademik Milli Dram Teatrında təntənə ilə qeyd olundu. 

YARAT Müasir İncəsənət Məkanının reallaşdırdığı 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalı da 2019-cu ilin yaddaqalan mədəni aksiyalarından biri oldu.

Bu il həmçinin Şuşa Dövlət Musiqili Dram Teatrının paytaxtda onun üçün ayrılmış və əsaslı təmir olunmuş binada daimi repertuarla fəaliyyətə başlaması ilə də yadda qaldı. Şuşa teatrının səhnəsində 147-ci mövsümün açılışı (17 sentyabr) oldu.

***

Yaradıcı inteqrasiya, qarşılıqlı səfərlər, qastrolfestival formatlı teatr layihələrində iştirak sarıdan da il kasadlıq çəkmədi.

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Şimali Osetiya Dövlət Akademik Teatrında Ə.Əmirlinin “Varlı qadın” tamaşasını hazırladı. Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Gürcüstan, UkraynaRusiyada yeni səhnə əsərlərinə quruluş verdi.

Azərbaycan həqiqətlərinin səhnə estetikasında ifadəsi baxımından Bolqarıstanın paytaxtı Sofiyada Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı Dövlət Pantomima Teatrının  Bəxtiyar Xanızadənin “Xocalı - bu olub” tamaşası ilə çıxış etməsini də qeyd etməliyik.

Akademik Milli Dram Teatrı isə 22-29 aprel tarixində Dağıstanın Mahaçqala şəhərində keçirilmiş beynəlxalq festivalda iştirak etdi. Gəncə teatrı Ukraynanın Kamenskoye şəhərində keçirilən festivala, Yuğ teatrı isə Kazan şəhərində (Tatarıstan) ənənəvi Novruz teatr festivalına qatıldı.

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov ABŞ-da (Boston) P.ZyuskindinKontrabas” monotamaşasını göstərdi. Qırğızıstanın şəhərindəki festivalda isə Gənc Tamaşaçılar Teatrı Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” monotamaşası ilə iştirak etdi. Albaniyanın Elbasan şəhərində keçirilən festivalda isə Akademik Musiqili Teatr ölkəmizi uğurla təmsil etdi.

2016-cı ildə B.Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün yaradılan xüsusi aktyor-rejissor kursu tələbələrinin Bakı səfəri də maraqlı oldu. Onlar Milli Dram Teatrının səhnəsində tamaşalarını nümayiş etdirdilər.

***

Teatrların inkişafına dövlət dəstəyinin bariz nümunəsi kimi Azərbaycan Dövlət Musiqili və Azərbaycan Dövlət Rus Dram teatrlarına “Akademikstatusunun verilməsini, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə teatrlara əlavə vəsaitin ayrılmasını xüsusi vurğulamaq lazımdır.

İl həm də teatrlarımızın yubileyləri ilə yadda qaldı. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dövlət statusu almasının 100 illik yubileyi Prezidentin sərəncamı ilə qeyd edildi. Bu sırada nisbətən gənc sayılan Pantomima teatrı 25, Yuğ teatrı isə 30 illik yubileylərini bayram etdilər.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Kamera səhnəsinin açılışı, fərqli teatrlarda görkəmli aktyorların yubiley və xatirə gecələrinin təşkili, uğurlu premyeralar, cari repertuarla yanaşı, fərqli estetikalarda tamaşaların təhvili ilin teatr mənzərəsini zəngin etdi.

Bölgə teatrlarına gəlincə, daxili qastrollarla yanaşı xaricə səfərlər də oldu. Lənkəran və Gəncə teatrları beynəlxalq festivallarda iştirak etdilər.

Müstəqil teatrlara, formalaşmaqda olan teatr-studiyalarına dəstəyin davamı olaraq il ərzində paytaxt teatrlarının səhnələrində ƏSA, “Rebus”, dOM, “M-Teatr”, “Şahmat” özəl teatrlarına da tamaşa göstərmək üçün şərait yaradıldı.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 28 dekabr.- S.1;5.