Müasir gəncliyin sənət dünyası”

 

 

 

Azərbaycan Xalça Muzeyində muzeyin tarixinə və fəaliyyətinin ictimaiyyətə təqdimatına, həmçinin Gənclər gününə həsr edilmişMüasir gəncliyin sənət dünyası” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Xalça Muzeyi və YAP Səbail rayon təşkilatının birgə layihəsi əsasında təşkil olunub.

Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova qonaqları salamlayaraq “Azərbaycan Xalça Muzeyinin yaranma tarixi və fəaliyyətinin ictimaiyyətə təqdimatı” mövzusunda çıxış edib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı barədə məlumat verib, partiyanın inkişafında gənclərin rolunu yüksək qiymətləndirib.

Çıxışlardan sonra nümayiş olunan gənclər tərəfindən hazırlanmış musiqili-bədii proqram maraqla qarşılanıb.

Tədbir çərçivəsində Xalça Muzeyində gənc istedadların əsərlərindən ibarət sərgi açılıb.

 

Mədəniyyət.- 2019.- 1 fevral.- S.2.