Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun təşkilində
BMT ilə əməkdaşlıq müzakirə edilib
Mədəniyyət naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb. Görüşdə Azərbaycan-BMT əlaqələri, mədəniyyət sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib.
Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” çərçivəsində iki ildən bir təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT televiziyası vasitəsilə canlı yayımının təşkilində dəstəyə görə minnətdarlığını bildirib. Nazir, həmçinin BMT-nin baş katibi Antonio Quterreşin məruzəsində 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqun dəstəklənməsinə yönəlmiş səylər çərçivəsində mühüm yer tutmasının xüsusi qeyd edildiyini diqqətə çatdırıb.
Bu il 2-3 may tarixində Bakıda 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirən Əbülfəs Qarayev bu mötəbər tədbirin təşkilində BMT ilə fəal əməkdaşlıq təcrübəsi olduğunu qeyd edib.
Qulam İsakzai
öz növbəsində 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumuna
hazırlıq prosesinə yaxından cəlb olunmaq
niyyətini bildirərək bu istiqamətdə
görüşlərin keçirilməsini təklif edib.
Mədəniyyət.- 2019.- 1
fevral.- S.1.