Dostluq və əməkdaşlığa
kino töhfəsi
İlk dəfə keçirilən
İtaliya-Azərbaycan Beynəlxalq film
festivalı başa çatdı
Xəbər
verdiyimiz kimi, yanvarın 25-dən 30-dək Bakıda
İtaliya-Azərbaycan Beynəlxalq film festivalı təşkil
olunmuşdu.
Festivalda italyan filmləri ilə yanaşı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan ekran əsərləri – Şamil Əliyevin “Çölçü”, Mirbala Səlimlinin “Qırmızı bağ”, Elçin Musaoğlunun “Nabat”, həmçinin “Azərbaycanfilm”in “Butafilm” kinoşirkəti ilə birgə çəkdiyi “Nar bağı” filmləri nümayiş olundu.
Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın bağlanışı və qalib ekran əsərlərinin mükafatlandırma mərasimi keçirildi. Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, İtaliya və Azərbaycan kinematoqrafçıları, kinosevərlər iştirak edirdi.
Tədbirdə ilk dəfə təşkil olunan festival barədə məlumat verildi. Bildirildi
ki, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin, İtaliyanın
“İmago Group”, “United Cultures” və “Sandro Teti Editore” şirkətlərinin
birgə dəstəyi
ilə reallaşan
festival İtaliya və
Azərbaycanın kino
sənayesinin keçmişi,
bu günü və gələcəyini
təbliğ etmək
məqsədi daşıyır.
Festival iki ölkənin
film sənayesinin oxşar
və fərqli cəhətlərini nümayiş
etdirməklə beynəlxalq
kino məkanının
fəaliyyətini təşviq
edir.
İtaliyanın Azərbaycandakı səfirliyi,
Nizami Kino Mərkəzi
və “The Landmark” tərəfindən
dəstəklənən festival çərçivəsində hər iki ölkənin
mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən
seçilmiş 15 müasir
film bir neçə seansda nümayiş olunub.
Sonra festivalın
qalibləri elan olundu.
Qaliblərin mükafatlandırılması zamanı
mədəniyyət nazirinin
birinci müavini Vaqif Əliyev çıxış edərək
ilk dəfə təşkil
edilən İtaliya-Azərbaycan
film festivalını yüksək
dəyərləndirdi. O, festivalın
hər iki ölkənin kino sahəsində çalışan
mütəxəssisləri üçün faydalı
olacağını və
gələcəkdə bu
əlaqələrin daha
da inkişaf edəcəyinə ümidvar
olduğunu ifadə etdi, festivalın qaliblərinə yeni uğurlar arzuladı.
Müvafiq nominasiyalar üzrə qalib filmlərə, kinematoqrafçılara mükafatlar
təqdim olundu. Mükafatları münsiflərlə yanaşı,
mədəniyyət nazirinin
birinci müavini Vaqif Əliyev, əməkdar incəsənət
xadimləri - “Azərbaycanfilm”
kinostudiyasının direktoru
Müşfiq Hətəmov
və kinoşünas
Ayaz Salayev təqdim etdi.
Mükafatlandırma mərasimində iştirak
edə bilməyən
qaliblər Nizami Kino Mərkəzinin səhnəsində
quraşdırılan monitordan
canlı bağlantı
ilə festivalın təşkilatçılarına və münsiflər heyətinə təşəkkürlərini
bildirdilər.
“Ən yaxşı Azərbaycan filmi” nominasiyasında “Nabat” (rejissor Elçin Musaoğlu) və “Ən yaxşı İtaliya filmi” nominasiyasında “L Assaluto Presente” (rejissor Fabio
Martina) qalib elan edildi.
“The Bra” filmi (alman
rejissor Veit Helmer) “Ən yaxşı beynəlxalq
film” nominasiyasında mükafat
aldı. “Ən
yaxşı beynəlxalq
sənədli film” isə
“The Orphanage” (rejissor Matthieu
Haag, Fransa) oldu.
“Appenino” (rejissor Emiliano Dante) “Ən yaxşı sənədli
italyan filmi”, “Çövkən” (rejissor
Rafiq Quliyev) “Ən yaxşı Azərbaycan sənədli
filmi” nominasiyalarında
mükafata layiq görüldü.
Festivalın “Ən yaxşı
aktyor” nominasiyanın qalibi “Mən də gəlirəm” filmində rol alan aktyor
Gabriele Dentoni (İtaliya)
oldu. Con Helberg isə “Mousse” filminə (İtaliya) görə “Ən yaxşı rejissor” elan edildi.
“Ən yaxşı operator”
nominasiyasında Maksim
Drozdov (“Qırmızı
bağ” filmi – Azərbaycan)
mükafatlandırıldı. “Ən yaxşı
film musiqisi” üzrə
qalib isə Firudin Allahverdi (“Nar bağı”) oldu.
Qaliblərə “Zoroaster award”
mükafatı təqdim
edildi. Xüsusi “Birlik və
sosial həmrəylik”
mükafatı isə
“Figliodi” filminə görə italyan rejissorlar Filippo Gori və Andrea Vannaçiyə verildi.
Sonda festivalın
prezidenti Remo Girone kino bayramının uğurla reallaşmasında
əməyi olan bütün təşkilatlara
təşəkkürünü bildirdi. Festivalı dostluq və
əməkdaşlıq bayramı
adlandıran aktyor ölkəmizə və Azərbaycan kinosuna uğurlar arzuladı.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 1
fevral.- S.3.