Teatr muzeyində “Sənət haqqında söhbət”

 

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Sənət haqqında söhbət” layihəsi çərçivəsində “Rus dramaturgiyası Azərbaycan səhnəsində” və “Rus mənşəli rejissorların Azərbaycan teatrında rolu” mövzularında mühazirə saatı keçirilib.

Muzeyin elmi işçisi Mətanət Dadaşova vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş rus mənşəli teatr rejissorlarından respublikanın Xalq artisti Aleksandr Tuqanovun, Aleksandr İvanovun, Sergey Mayorovun, Yakov Varşavskinin həyat və yaradıcılıqlarından söhbət açıb. Dinləyicilərə onların quruluşunda hazırlanmış tamaşalardan fotolar və eskizlər təqdim olunub.

Rus mənşəli rejissorların Azərbaycan teatrında rolumövzusu ətrafında muzeyin elmi işçisi Nurtən Şabanova çıxış edib. Mühazirədə Azərbaycanın görkəmli teatr rejissorları – xalq artistləri Ələsgər Şərifovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun həyat və yaradıcılıqlarından bəhs edilib, onların quruluş verdiyi teatr tamaşalarını əks etdirən kadrlardan ibarət video-çarx nümayiş etdirilib.

Mühazirə saatı Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və Rusiyanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Görüşdə Bakı şəhəri Nərimanov rayonunun rus icması və Kazak Atamanları Cəmiyyətinin üzvləri, muzey əməkdaşları iştirak ediblər. Sonda qonaqlar muzeyin ekspozisiya zalları ilə yaxından tanış olublar.

 

Mədəniyyət.- 2019.- 1 fevral.- S.6.