Şəkidə Şəfiqə Axundovanın 95 illiyi qeyd olunub

 

 

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət mərkəzində Şərqin ilk xanım opera bəstəkarı, Xalq artisti Şəfiqə Axundovanın 95 illiyinə həsr olunmuş “Nəğmədir həyat” adlı ədəbi-bədii tədbir keçirilib.

Mərkəzin bədii rəhbəri Rəşad Rüstəmovun aparıcılıq etdiyi tədbirdə Şəfiqə Axundovanın həyat və yaradıcılığı barədə danışılıb, videoçarx nümayiş etdirilib.

“Səbuhi” instrumental ansamblının müşayiəti ilə müğənnilər İdris İdrisov, Zabil Məmmədov, Sərdar Yunusov, Mustafa Salamzadə bəstəkarın “Sənin nəğmən”, “Gecələr yuxusuz qoymusan məni”, “Nədən oldu”, “Şəki”, “Gözlərimin işığı sənsən”, “Həsrətindəyəm”, “Mehriban olaq”, “Neyçün gəlməz” mahnılarını ifa ediblər. Mərkəzin aparıcı metodisti Nazilə Qafarova “Səni axtarıram mən bu həyatda” şeirini söyləyib.

Tədbirin sonunda Şəfiqə xanımın tələbəsi olmuş mərkəzin direktoru Ağaəli Cəlilov müəlliməsi haqqında öz xatirələrini bölüşüb.

 

Mədəniyyət.- 2019.- 1 fevral.- S.4.