“Günəşin nuru” təqdim olunub

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi kitabxanasında gənc şairlərin şeirlərindən ibarət “Günəşin nuru” adlı antologiyanın təqdimatı keçirilib.

Antologiyada Asif Əliyev, Aysel Nəsirzadə, Ceyhun Şirvani, Çiçək, Çingiz Səmədli, Esmira Günəş, Humay Nur və başqalarının şeirləri toplanıb.

Layihənin rəhbəri Esmira Günəş gənc yazarlara dəstəyə görə Xətai rayon MKS-nin kollektivinə təşəkkürünü bildirib.

Gənc yazarlar öz şeirlərindən nümunələr səsləndiriblər, MKS-nin direktoru Həmidə Məmmədova onlara uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2019.- 1 fevral.- S.6.