Gənc yazarlarla görüş

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gəncliyin səsi” festivalı çərçivəsində gənc yazarlarla görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev festival barədə ətraflı məlumat verib, yaradıcı gənclərin iştirakı ilə konsertlərin, görüş və sərgilərin təşkil olunduğunu bildirib.

Hər il gənc yazarların Prezident təqaüdünə layiq görüldüyünü vurğulayan E.Əliyev diqqətə çatdırıb ki, müxtəlif sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi ölkə başçısının gəncliyə və gənclərə diqqət və qayğısının bariz nümunəsidir.

Görüşdə gənc yazarlar İntiqam Yaşar, Emil RasimoğluTural Turan öz şeirlərini səsləndirib, iştirakçıları maraqlandıran sualları cavablandırıb, onlara imzalı kitablarını hədiyyə ediblər.

 

Mədəniyyət.- 2019.- 6 fevral.- S.2.