Elçin Hüseynbəylinin Qarabağ mövzusunda yeni kitabı
Tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəyli (Qaraçuxa) “Qarabağ hekayələri” silsiləsindən yeni kitabla oxucuların görüşünə gəlib. “Gözünə gün düşür” adlı kitaba müəllifin 16 hekayəsi, bir povesti və bir pyesi daxil edilib.
“Yeni poliqrafist” nəşriyyatında çapdan çıxan kitabın rəssamı Həsənağa Ədalət, redaktoru Dürdanə İbrahimova-Hüseynbəylidir.
Qeyd edək ki, Elçin Hüseynbəyli Qarabağ mövzusunda ilk hekayəsini (“Küləkli çöl”) 1989-cu ildə qələmə alıb. Əsər 1991-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Yazıçının bu mövzuda son hekayəsi – “Sevgiylə döyüşmək” ötən ilin aprelində çap edilib.
Fevralın 6-da Azərbaycan
Yazıçılar Birliyinin “Natəvan” klubunda “Gözünə gün
düşür” kitabının təqdimatı
keçiriləcək. Sonda müəllif
kitabı imzalayaraq tədbir
iştirakçılarına hədiyyə edəcək.
Mədəniyyət.- 2019.- 6
fevral.- S.7.