Drina körpüsü” Azərbaycan dilində

 

 

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli serb yazıçısı İvo Andriçin (1892–1975) “Drina körpüsü” kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən bildirilib ki, İvo Andriçin məşhur romanı Osmanlı İmperiyasının böyük vəziri, əslən bosniyalı Sokollu Mehmet paşanın Bosniyanın ucqar vilayətlərindən birində – Vişeqradda, dağ çayı Drina üzərində saldırdığı nadir və möhtəşəm körpünün dörd əsrdən artıq zaman kəsiyində başına gələnlərdən, ətrafında baş verən hadisələrdən, həyatları birbaşa bu körpü ilə bağlı olan insanların taleyindən, o dövrlər bu mahalda yaşayan müsəlmanların, serblərin və yəhudilərin məişətindən, ağrı-acılarından bəhs edir.

Roman 1961-ci ildə yazıçıya Nobel mükafatı qazandırıb.

Kitabı serb dilindən professor Cəlil Nağıyev tərcümə edib.

 

Mədəniyyət.- 2019.- 6 fevral.- S.7.