“Kitabi-Dədə Qorqud”
dastanının qrammatik tədqiqi
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin hazırladığı “Kitabi-Dədə Qorqud” dastanının qrammatik tədqiqi” kitabı işıq üzü görüb.
Kitabda ilk dəfə olaraq Azərbaycan folklor xəzinəsinin şah əsəri qrammatik (fonetik, morfoloji və sintaktik) tədqiqata cəlb edilib, dastanın qrammatik quruluşunun xalq dili əsasında formalaşması həqiqəti abidənin dil materialları ilə əsaslandırılıb.
Kitabın redaktorları akademik
Möhsün Nağısoylu və professor Sevil
Mehdiyevadır. Rəyçilər, professorlar
Nadir Məmmədli, İsmayıl Məmmədov
və filologiya üzrə elmlər doktoru Sevinc
Əliyevadır.
Mədəniyyət.- 2019.- 6
fevral.- S.7.