Pop art – hər yerdə görünən sənət

 

 

 

Pop art sıradan hər şeyin mövzu olaraq istifadə edildiyi bir sənət cərəyanıdır. O, 1950-ci illərdə İngiltərə Amerikada ortaya çıxıb. Cərəyana “Pop art” adını ingilis sənətşünası Lavrense Allovey verib. Bu, ingiliscə “Popular art” (yayğın sənət) sözünün qısaldılmış variantıdır.

Pop art sənətçilərinin fərqli özəlliyi çağdaş yaşam üzərində güclü təsiri olan populyar sənətin bütün yönlərini rəsm vasitəsilə ifadə etməkdir. Onların istifadə etdikləri mövzular televiziyalardan, cizgi romanlarından, kino dərgilərindən hər sayaq reklamlardan alınırdı. Bu sənət dadaizm cərəyanının bir qoluydu. Dadaizm 1920-ci illərdə siyasi mədəni durumu ələ salan nihilistik bir hərəkat idi. Dadaizmin ABŞ-dakı öncülü, öz dönəmində sənət yaşam arasındakı məsafəni daraltmağa çalışan Marsel Duçampın pop artın inkişafında böyük xidmətləri vardı.

Pop artın yüksəlişi yolunda XX yüzilin sənətçiləri Stüart Devis, Cerard Mörfi ve Fernand Leger böyük əmək sərf etmişdilər. Bu rəssamlar tablolarında dövrün ən kiçik hadisələrini böyük sənət əsərlərinə çevirə bilirdilər. Bu sənətin həqiqi öncülləri Casper Cons, Larri Rivers Robert Rauşenberq idilər. Onlar 1950-ci illərdə əsərlərində daha çox ifadəli texnikaya üstünlük verir, bayraqlar, pivə qabları buna bənzər digər şeyləri təsvir edirdilər.

İngilis-amerikan kökənli sənət olan pop art vasitəsilə ənənəvi cərəyanları qəbul etməyən rəssamlar əsərlərini geniş kütlələrə təqdim etmək imkanı əldə edirdilər. Onlar dünyanı müsbət baxış bucağından dərk edərək qavramağa çalışırdılar.

Bu sərgilərin ilki 1955-ci ildə Londondakı Müasir İncəsənət İnstitutunda düzənlənənİnsan, maşın hərəkətsərgisi idi. Sərgidə rəssamlar Riçard Hamilton ve Eduardo Paulozzi əsərlərində bu üç anlayışı bir arada verməyi bacarmışdılar.

1957-ci ildə amerikan mücərrəd sənətinin təsiriylə aralarında Riçard Simitin olduğu bəzi ingilis pop art sənətçiləri mücərrəd sənətə qarşı inqilab etdilər. Ətraf mühit problemlərinə çox ciddi yanaşan bu rəssamlar kiçik bir detalı böyük ölçülü tabloya çevirirdilər. ABŞ-ın rəssamlıq tarixində Robert Rauşenberq Jasper Consun əsərləri mücərrəd sənətdən pop arta keçidi təmin edirdi. Rauşenberq rəsmin sənətə yaşama bağlı olduğunu, bunları bir-birindən ayıran boşluqda bir şeylər yaratmağa çalışdığını söyləyirdi.

Bu sənət cərəyanı yarandığı gündən dünya, ölkə gündəmilə sıx bağlı olub. Fransada Yves Kleyin, Arman, Xristo, Tinqueli, Spoerri, Martiyal Rayse kimi mücərrəd yöndə çalışan sənətçilərin əsərlərinə qarşı olan bəzi rəssamlaryeni gerçəkçilərolaraq adlandırılırdılar. Pop artı hər yerdə görmək olar. Yetər ki, rəsm çəkməyə yararlı bir yer olsun.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2019.- 6 fevral.- S.7.