“Nəsimi ili” çərçivəsində
rəsm müsabiqəsi
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaq, yeniyetmə və gənclər arasında “Mənim Şamaxım” adlı rəsm müsabiqəsi keçirilir.
Müsabiqə dahi
şairin irsinin təbliği,
rayonun mədəni həyatının tədbirlərlə
zənginləşdirilməsi, əhalinin asudə
vaxtının səmərəli təşkili, incəsənətə
marağın artırılması, vətənpərvərlik
və doğma yurda məhəbbət
hissinin aşılanması, istedadlı
uşaq və gənclərin üzə
çıxarılması məqsədi daşıyır.
Müsabiqəyə uşaq, yeniyetmə və
29 yaşına qədər gənclər qatıla bilərlər.
Mədəniyyət.- 2019.- 6
fevral.- S.5.