Gənclərin səsiArşın mal alan”da

 

 

 

Gənclər günü münasibətilə keçirilənGəncliyin səsifestivalı ildən-ilə öz çərçivəsini genişləndirir. 2016-cı ildən başlayaraq, Mədəniyyət Nazirliyinin bu layihəsinə Prezident yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə qoşulub. İndiyədək bir çox dövlət, ictimai xidmət sahələrində uğurlu fəaliyyət göstərən “ASAN Könüllüləritəşkilatı bu festivalda öz qabiliyyətlərini incəsənət sahəsində sınayırlar.

Fevralın 2-də festival çərçivəsində ASAN könüllülərinin Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Üzeyir HacıbəylininArşın mal alankomediyasını oynaması gənclərimizin hər sahədə uğur qazana biləcəyinə sübut idi.

Tamaşadan əvvəl Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar şöbəsinin müdir müavini Fərman Kazımov çıxış edərək gənclərə göstərilən dövlət qayğısından, gənclərin  təhsil karyerada irəliləyişləri üçün münbit şəraitin yaradıldığından söz açdılar.

Sonra ASAN könüllüləri səhnəyə çıxdılar. Təbii ki, onların çıxışı özfəaliyyət səviyyəsində idi, tamaşadakı ariyalar, mahnılar fonoqram oxunurdu, dekorasiya, demək olar ki, yox idi. Lakin cavanların cəsarətlənib Üzeyir bəyin əsərinə müraciət etməsi, Əsgərin, Gülçöhrənin qəliz mətnli ariyalarını öyrənib oxuması elə böyük təqdirə layiqdir. Hətta Soltan bəy Vəli obrazlarının ifaçılarının peşəkar aktyor kimi improvizəyə həvəs göstərmələri tamaşaçıların diqqətindən yayınmadı.

Tamaşadan öncə öyrəndik ki, ASAN könüllüləri ikinci dəfədir ki, bu tamaşanı Sumqayıtda oynayırlar.

Arşın mal alantamaşasının sonunda ən xoşagələn cəhət isə bu oldu ki, tamaşa iştirakçıları, eləcə tacir Əsgərin qızbəyənmə səhnəsində rəqs edən milli geyimli qızlar salona düşərək yallı getdilər. Onlar sıraların arası ilə keçdikcə salonda əyləşmiş tamaşaçı-könüllülər iştirakçılara qoşuldular, beləcə, dəstə səhnəyə sığışmayacaq qədər böyüdü. Gənclər səhnədə 2 fevralGənclər gününə həsr olunmuş mahnını xorla ifa etdilər.  

Belə bir deyim var: ən yaxşı yenilik elə unudulmuş köhnəlikdir. “ASAN Könüllüləritəşkilatının özfəaliyyət kollektivi olaraq tamaşa hazırlaması, gənclərin həvəslə aktyorluq etməsi onların işdən, dərsdən boş qalan zamanlarını dəyərləndirməsi, teatr sənətinə bir addım yaxınlaşaraq keçirməsi yaşıdlarına yaxşı örnəkdir.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 6 fevral.- S.5.